Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Bu gün Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir.


Azərbaycan Milli Silahlı Qüvvələri 100 ildən artıqdır ki yaranıb. Milli Ordunun yaranması və onun formalaşması 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra başlayıb, ancaq rəsmi olaraq yalnız 22 may 1998-ci il tarixdə Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin Sərəncamı ilə - 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü elan olunub.

Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilən zaman, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyan edib ki: “Azərbaycanın güclü ordusu var. Gündən-günə Azərbaycan Ordusunun potensialı möhkəmlənir və güclənir. Bugün fəxrlə qeyd edə bilərik ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir sırada dayanır və ona hər hansı bir məsələnin öhdəsindən gələcəyinə inanan xalqından dəstək alaraq, möhkəmlənməsinə davam edir”.

Torpaq, Hərbi-Hava və Hərbi-Dəniz Qüvvələrindən ibarət olan Azərbaycan Silahlı Qüvvələri öz müstəqilliyini, ərazi bütövlüyünü və Azərbaycan xalqının azadlığını qorumaq iqtidarındadır. Onlar Cənubi Qafqazda ən güclü və ən təlim keçmiş silahlı qüvvələrdən sayılır.

Buna sübut 2016-cı ildə Azərbaycan ordusunun gücünü göstərən cəbhə xəttində baş verən Aprel hadisələrdir. Bizim doğma ordumuzun şərəfli qələbəsi – Azərbaycan mənəviyyətinin və silahının təntənəsidir. Bu günkü Azərbaycan Silahlı Qüvvələri - Ali Baş Komandanın, Prezident İlham Əliyevin ordunun möhkəmləndirilməsi, kadr hazırlığı və ən müasir silahların alınması, habelə müdafiə nazirindən adi əsgərlərəcən xüsusi heyətin tərkibinin gücləndirilməsı uzunmüddətli səylərinin nəticəsidir.

Əziz dostlar, bu gün ölkədə Azərbaycan ordusunun bütün hərbi hissələrinin iştirakı ilə Silahlı Qüvvələrin şərəfinə respublikanın şəhərlərində hərbi paradlar keçirilir və bu möhtəşəm bayram dövlətimiz və xalqımız üçün ən vacib bayramlardan biri kimi qeyd olunur.

Bu bayram günündə Azərbaycan ordusunun gücü və hərbi texnika inkişafında əldə edilmiş ən son nailiyyətlər açıq havada nümayiş olunur, yerüstü qüvvələr, ölkənin Hərbi-dəniz qüvvələri nümayiş olunur.

Bu bayram günlərində Vətən uğrunda canlarını fəda etmiş oğullarımızın xatirələri hörmət və ehtiramla yad olunur, onların məzarlarına çiçəklər və çələnglər qoyulur.

Bu əhəmiyyətli tarixə həsr olunmuş çoxsaylı tədbirlər gənc nəslin vətənpərvərlik və vətən sevgisi ruhunda maarifləndirən məktəblərdə, universitetlərdə və ölkənin bütün təhsil müəssisələrində keçirilir.

Əziz dostlar, Sizi Azərbaycan xalql üçün əziz bir gün olan Silahlı qüvvələr günü münasibətilə təbrik edirik!

Ordu bizim qürur və gücümüzdür!

Orduımuz müstəqilliyimizin, sabitliyimizin, sülhün qoruyucusu təminatçısıdır!

Vətənimizin sərhədlərini və təhlükəsizliyini qoruyan bütün hərbi qulluqçularımızı bu şanlı bayram münasibəti ilə təbrik edirik!

Hərbçilərimizə və bütün xalqımıza, müqəddəs Vətənimiz - Azərbaycanımıza müstəqilliyimizin əbədi olmasını, rifah, sülh, əminamanlıq, uğur və nailiyyətlər arzulayırıq.

26.06.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası