XƏBƏRLƏR 2019
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Zeynalov Polad Mansur oğlunun 65 yaşı tamam olur.
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Zeynalov Polad Mansur oğlunun 15 iyul 2019-cu ildə 65 yaşı tamam olur.
O, uzun müddət mədəniyyət sahəsində fəaliyyət göstərir və mədəniyyət sahəsində göstərdiyi xidmətləri və apardığı səmərəli təşkilatçılıq işlərinin müqavilində dəfələrlə Respublika Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan mədəniyyət işçiləri müstəqil Həmkarlar İttifaqının respublika komitəsinin, xarici ölkələrin müvafiq təşkilatlarının fəxri fərmanlarla və diplomlarla təltif edilmişdir. 2013-ci ildə isə Azərbaycan Respublikasının Fəxri Mədəniyyət işçisi adına layiq görülmüşdür.
Polad Mansur oğlu Zeynalov 03 fevral 2014-cü ildən etibarən Mərkəzimizdə çalışır. Bu müddət ərzində P. Zeynalov özünü məsuliyyətli işçi, humanist xarakterli insan kimi göstərmiş, kollektivin inam və etimadını qazanmışdır. İşlədiyi müddətdə Mərkəzin, Özbəkistan Respublikasının müxtəlif təşkilatlarının dəfələrlə fəxri fərmanları və diplomları ilə təltif edilmişdir.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi və bütün kollektivi Zeynalov Polad Mansur oğlunu yubiley münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayırlar.
11.07.2019