Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində İslam aləminin müqəddəs bayramı - Qurban bayramı qeyd ediləcək.


Hər il müsəlman dünyasının bu müqəddəs bayramı İslam Zül-hic ayının 10-cu günündə qeyd olunur. Beləliklə, Özbəkistanda 2019-cu ildə Qurban bayramı avqust ayının 11-i tarixində qeyd ediləcək.
Müsəlmanların əsas bayramlarından biri olan Qurban bayramı ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində qurbanlıqlar kəsiləcək və bu mərasim geniş təşkil ediləcək.

Ənənəvi olaraq, bu il də Azərbaycan Mədəniyyət Mərkəzində kəsiləcək qurbanlar Daşkənddəki uşaq evlərinə, az təminatlı azərbaycanlı və Özbək ailələlərə göndəriləcək. Eyni zamanda, 30 nömrəli internat evinə, fiziki imkanları məhdud olan uşaqlar üçün 101 nömrəli şəhər internat məktəbinə hədiyyələr göndəriləcək.

Qeyd etmək lazımdır ki, yerli azərbaycanlılar hər il Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən bu xeyriyyə tədbirini yüksək qiymətləndirir və soydaşlarımıza göstərilən diqqətə görə Azərbaycan dövlətinə, ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər. Qeyd edək ki, "Qurban bayramı, birlik, qardaşlıq və həmrəylik rəmzidir, mənəvi inkişafa xidmət edir, insanları xeyirxahlığa, mərhəmət və qayğı dəyərlərinə yönəldir".

Hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkənin bütün vətəndaşlarını Qurban bayramı münasibəti ilə təbrik edir, ölkədə geniş xeyriyyəçilik işlərinin aparıldığını, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ölməz xatirəsini hörmətlə xatırlandığını qeyd edir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edir! Sizlərə xoş niyyətlər və səadət dolu günlər arzulayır.
Sülh, firavanlıq və parlaq ümidlər arzulayırıq!

10.08.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası