XƏBƏRLƏR 2019
Daşkənddə “Turon” İnformasiya Kitabxana Mərkəzində “Özbəkistan Respublikası müstəqilliyinin 28 ili” adlı tədbir keçirilmişdir.
Cari il avqustun 29-da Daşkənd vilayətinin "TURON" İnformasiya Kitabxana Mərkəzində "ÖzbəkistanRespublikası müstəqilliyinin 28 ili"adlı ədəbi-bədii görüşü keçirilmişdir.
Tədbirdə Özbəkistan Yazıçılar Birliyinin üzvləri, gənclər, tələbələr, Özbəkistan kitabxanalarının nümayəndələri, habelə Milli Qvardiyanın əsgərləri iştirak etmişlər.
Bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları da iştirak etmişdir. Mərkəzin nümayəndələri öz çıxışlarında dost ölkənin xalqını və tədbir iştirakçılarını Müstəqillik Günü münasibəti ilə təbrik edib, Özbəkistanla Azərbaycan arasında qədim zamandan yaranmış dostluq münasibətlərinin yüksək səviyyədə olmasını qeyd ediblər.
Tədbirin bədii hissəsində qızlardan ibarət rəqs qrupu özbək milli rəqslərini ifa etdilər, kitabxananın nəzdində fəaliyyət göstərən “Məktəbəqədər” hazırlıq qrupunun uşaqları öz ana və rus dillərində Vətənə həsr edilmiş kompozisiya nümayış etdilər və onların ifasinda hər iki dildə şerlər səsləndi.
Tədbirdə "Novaya literatura" sərgisi təşkil olunmuş və qonaqlar bu sərgi ilə tanış oldular.
30.08.2019