Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan ədəbiyyatının yaxın dostu, tanınmış tərcüməçi Babaxan Şərifin 70 illik yubileyi Özbəkistanda qeyd olunub.


Özbəkistan Yazıçılar İttifaqında görkəmli özbək ədəbiyyatşünas alim, ictimai xadim, Azərbaycan ədəbiyyatının bir çox əsərlərinin özbək dilinə tərcüməçisi, Azərbaycan ədəbiyyatının yaxın dostu Babaxan Şərifin 70 illik yubileyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə Özbəkistanın tanınmış yazıçılar, alimlər, ədəbiyyatşünaslar, xalq şairləri, xarici qonaqlar, ictimaiyyətin nümayəndələri və gənclər də iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Özbəkistan Yazıçılar ittifaqının sədri, Özbəkistanın xalq şairi Siracəddin Səid açmış və o, yubilyarı təbrik etərək, onun Özbək ədəbiyyatında fəaliyyəti, çoxsaylı xidmətləri haqqında məruzə ilə çıxış etmişdir. Tərcüməçilik fəaliyyətinin ədəbiyyat üçün xüsusi önəmini qeyd edən Siracəddin Səid Babaxan Şərifin qardaş xalqların ədəbiyyatından çoxsaylı əsərləri Özbək dilinə tərcümə edərək, onları oxuculara öz ana dillərində çatdırmaqla müqəddəs bir misiyanı həyata keçirdiyini söyləyib. Siracəddin Səid ədəbiyyatşünas-tərcüməçi Babaxan Şərifi Yazıçılar İttifaqının Fəxri Diplomu ilə təltif edib.

Tədbirdə çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ədəbiyyatda, əsasən tərcümə işində xüsusi xidmətləri olan, Azərbaycan ədəbiyyatının Özbəkistanda yaxın dostu Babaxan Şərifin çoxsaylı əsərləri Özbək dilinə tərcümə edərək, onlara yeni həyat verdiyini qeyd edib.

Diplomat Babaxan Şərifin Azərbaycan ədəbiyyatından Özbək ədəbiyyatına çoxsaylı əsərləri tərcümə edərək, Özbəkistan ictimaiyyətinə, oxucularına öz ana dillərində çatdırmaqla böyük və müqəddəs bir missiyanı həyata keçirdiyini, onun yaradıcılığına Özbəkistanla yanaşı Azərbaycanda da böyük diqqət və sevgi ilə yanaşıldığını vurğulayıb. S.Abbasov yaratdığı çoxsaylı tərcümə əsərləri, elmi məruzələri ilə Babaxan Şərifin ədəbiyyatımızı zənginləşdirdiyi, bütün türk dünyasında geniş təbliğ etdiyini söyləyib.

Tədbirdə Babaxan Şərif Azərbaycan-Özbəkistan ədəbi əlaqələrin genişləndirilməsi, yüksək tərcüməçilik fəaliyyəti ilə əlaqədar Babaxan Şərifə Azərbaycan Səfirliyinin, Mədəniyyət Mərkəzi xüsusi Fəxri Diplomu ilə təltif edilib.

Digər çıxışçılar Yazıçılar Birliyinin gənclərlə iş şöbəsinin müdiri Nodir Conuzok, filologiya elmləri namizədi Athambek Alimbayev, Özbəkistanın xalq şairi Usman Əzim Babaxan Şərifin yaradıcılıq fəaliyyətindən, özbək ədəbiyyatının xaricdə təbliğindən və onun uğurları haqqlnda ətraflı çıxış ediblər. Akademik Naim Kərimov öz çıxışında Babaxan Şərifin əsərlərini xüsusi qeyd edərək onun dostluq və ədəbi əlaqələrin möhkəmləndirilməsi, genişləndirilməsi yolunda fəaliyyətini xüsusi vurğulayıb.

Sonda yubiliyar çıxış edərək ona göstərilən qayğı, habelə gələcək fəaliyyəti, yaradıcılıq planları haqqında danışmış, şair, tərcüməçilik sahəsində qarşılaşdığı maraqlı hadisələr barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Babaxan Şərif Azərbaycan ədəbiyyatına dair çoxsaylı əsərlər Özbək dilində Daşkənddə nəşr edilmişdir. Onlardan “XX əsr Azərbaycan ədəbiyyatı antologiyası”, Anarın “Göz muncuğu”, Elmira Axundovanın “Heydər Əliyev: şəxsiyyət və zaman”, Əli Həsənovun “Geosiyasət”, Oleq Kuznetsovun “Қорабоғ Конфликти “Афсоналари” Тўғрисида Ҳақиқат”, “Azərbaycan-Özbək, Özbək – Azərbaycan danışıq kitabçası”, xüsusi ilə yaxın günlərdə çapdan çıxmış “Azərbaycanca-Özbəkcə, Özbəkcə-Azərbaycanca lüğəti” kimi çoxsaylı nəşrlər qeyd etmək olar.

01.09.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası