Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Azərbaycan kinosu günləri”.


Cari il 24 sentyabr tarixində “Azərbaycan kino günləri” çərçivəsində Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan kino xadimlərinin görüşü keçirildi.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan kino günləri Daşkənd, Səmərqənd və Almalık şəhərlərində keçirilir.

“Azərbaycan kino günləri”nə həsr olunmuş tədbirdə Azərbaycandan gəlmiş kino xadimləri, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rəhbərliyi, müəllim heyəti və tələbələr, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvləri iştirak ediblər.

İlk öncə iştirakçılar Universitetin qarşısinda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi önünə çələng və gül dəstələri qoymuşdurlar.

Sonra qonaqlar Universitetdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açdığı “Azərbaycan mədəniyyəti və ədəbiyyatı” kabineti ilə tanış oldular. Burada mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı, adət-ənənəmizi tərənnüm edən kitab və suvenirlərlə baxdılar.

Azərbaycan kino xadimlərini Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri, professor Şavkat Şaripov qəbul etdi və bu görüş çox səmimi bir şəraitdə keçdi.

Daha sonra Universitetin foyesində Azərbaycan nümayəndə heyəti ali məktəbin əməkdaşlarına milli suvenirləri hədiyyə olaraq təqdim etdilər və Universitetinin rektoru da qarşılıqlı olaraq öz hədiyyələrini Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi, Əməkdar mədəniyyət işçisi Almaz Sultanzadə təqdim etdi. Sonra Almaz Sultanzadə Universitetin müəllim və tələbə heyyəti qarşısında çıxış edib onları salamlayaraq kino günlərinə Azərbaycandan gələn nümayəndə heyyəti ilə tanış etdi.

Tədbir Azərbaycanın tanınmış kinematoqrafçılarının çekdiyi “Dərs” bədii filminin nümayişi ilə davam etdi.

“Dərs” bədii filmi sona çatdıqdan sonra, Universitetin müəllim heyəti və tələbələri ilə bu filmin geniş müzakirəsi keçirildi.

Filmin süjeti və və aktyorların ustalıqla oynadığı rollar tamaşaçılarda dərin iz buraxdı.

Sonda müəllim, tələbə heyyəti Azərbaycandan gələn qonaqlara öz təşəkkürlərini bildirmişlər və bu növ tədbirlərin keçirilməsi iki ölkə arasında dostluq, mədəni-ədəbi əlaqələrin daha da möhkəmlənməsinə səbəb olduğunu söyləmişlər.

25.09.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası