Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə keçirilən Beynəlxalq Kitab sərgi-yarmarkasında Azərbaycan təmsil olunub.


Cari ilin 2 oktyabr tarixində “UZEKSPO” Sərgi Mərkəzində Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin təşkilatçılığı ilə “TASHKENT BOOK FEST” adlı I Daşkənd Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılış mərasimi keçirilib.

Tədbirdə Böyük Britaniya, Almaniya, Qazaxıstan, Cənubi Koreya, Qırğızıstan və Türkiyədən olan nəşriyyat və kitab satış təşkilatlarının nümayəndələri iştirak edib. Beynəlxalq Kitab Sərgi-yarmarkasında Özbəkistanın 30-dan çox dövlət və özəl nəşriyyatı, habelə kitab mağazaları da öz məhsullarını təqdim ediblər.

Bu Beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Azərbaycan üçün ayrılmış stenddə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərinə həsr olunmuş nəşrlər, habelə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi layihəsi ilə Daşkənddə Özbək dilində çap olunmuş 60-dan çox kitab nümayiş etdirilmişdir. Sözügedən nəşrlər arasında Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, “Bakı Simfoniyası”, “Старая Шуша», «XX əsr Azərbaycan şeiriyyəti antologiyası” və başqa nəşrlər sərgilənib.

Tədbiri giriş sözü ilə Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Komil Allamconov giriş açaraq beynəlxalq kitab sərgi və yarmarkasının Özbəkistanda keçirilməsinin əhəmiyyətindən danışmış, mütaliə mədəniyyətinin yeni səviyyəyə qaldırılması, kitabın cəmiyyətdəki rolunun artırılması, mütaliənin populyarlaşmasına xidmət edən bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Təcrübə mübadiləsi və əməkdaşlıq üçün sərginin açdığı imkanlardan danışıb.

Beynəlxalq Sərgi-yarmarkada fəxri qonaq olaraq Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyinin Dil Siyasəti Komitəsinin sədri Qalımcan Meldeshov çıxış edərək nəşriyyat sahəsində xarici təcrübənin öyrənilməsi, beynəlxalq əməkdaşlığın yaradılmasında sərginin əhəmiyyətini qeyd edib.

Özbəkistan Yazıçılar Birliyinin sədri, şair Sirociddin Said Özbəkistan tarixində ilk dəfə keçirilən bu cür genişmiqyaslı tədbirin kitabsevərlər üçün yeni imkanlar açdığını, qabaqcıl nəşriyyatlar, kitab ticarəti ilə əlaqəli qurumlar və özəl nəşrlər ilə tanış ola biləcəklərini söylədi.

Beynəlxalq Kitab Sərgi-Yarmarkasında müxtəlif stendlərlə tanışlıq olub, Özbəkistan milli stendində bir sıra ustad dərsləri təşkil edilib, müxtəlif xarici ölkələrin milli stendinə baxış keçirilib. Tədbir çərçivəsində müxtəlif əyləncəli və bədi proqramlar, kitab təqdimatları, viktorinalar təşkil edilib.

Festivalda Azərbaycan stendi xüsusi maraqla qarşılanıb, ölkəmizin təbliği ilə əlaqədar müxtəlif nəşrlər, broşuralar ziyarətçilərə hədiyyə olunub. Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Komil Allamconov, direktor müavini, Özbəkistan prezidentinin qızı Saidə Mirziyoyeva Azərbycan milli stendinə gələrək Azərbaycan Mədəniyyət Mərkəzinin nəşr layihələri ilə tanış olub, stendi və nəşrləri yüksək qiymətləndiriblər.

04.10.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası