Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

İlk dəfə olaraq “Azərbaycanca – özbəkcə, Özbəkcə – azərbaycanca” lüğətin təqdimatı keçirilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin təqdimat mərasimi Daşkənddəki Əlişir Nəvai adına Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində keçirilmişdir.

Tədbir öncəsi Universitetin mərkəzi foyesində “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin, habelə ikidilli danışıq kitabçasından ibarət xüsusi sərgi iştirakçılara təqdim olunub.

Tədris müəssisəsinin akt zalında keçirilən tədbiri giriş sözü ilə açan Universitetin prorektoru, professor Abdulxay Sadırov iştirakçıları salamlayaraq layihənin uğurla həyata keçirilməsinə görə Azərbaycan Mədəniyyət Mərkəzinə öz təşəkkürünü bildirmiş, tarixdə ilk dəfə olaraq tərtib edilən lüğətin əhəmiyyətindən danışıb. O, xalqlarımız dillərinin eyni kökə malik olmasına baxmayaraq müxtəlif dövrlər ərzində dilimizə yabançı təsirlərin nəticəsində xeyli yeni sözlərin daxil edildiyini və başqa dillərin təsiri nəticəsində fərqliliklər yarandığını bildirib. Alim vurğulayıb ki, məhz, mövcud çətinliklərin, boşluqların aradan qaldırılması məqsədi ilə sözügedən sözlük tərtib edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin qorunması, saflığı və inkişafı ilə bağlı Fərmanının dövlət dilimizə diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

O, Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə ana dilimizin geniş təbliğ olunduğunu, bu məqsədlə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində böyük bir tərcüməçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2014-cü ildə Azərbaycan-Özbək dillərində danışıq kitabçasının və 2019-cu ildə lüğət kitabının tərtib edildiyini söyləyib.

Çıxış edən Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitunun direktoru, professor Nizaməddin Mahmudov hər iki ölkənin dilçilik sahəsində mütəxəssislərinin ciddi səyi ilə ərsəyə gətirilmiş lüğətdə 23 mindən çox söz və ifadənin qarşılıqlı tərcümələrinin öz əksini tapdığını və ilk dəfə olaraq Azərbaycan-Özbəkistan arasında bu cür lüğətin tərtibinin Türk dünyası ölkələri arasında tarixi bir hadisə kimi dəyərləndirib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov məhz, lüğət kitabının nəşrindən sonra dillərimizin bir-birinə necə yaxın olduğunu isbat edildiyini və nəşrin hər iki ölkədə alimlər, tədqiqatçılar üçün yeni imkanlar yaradacağını qeyd edib. Alim yeni lüğət vasitəsi ilə hər iki dildə çoxlu tərcümə layihələrinin və tədqiqat əsərlərinin yaranmasına səbəb olacağını söyləyib.

Çıxış edən özbək ədəbiyyatşünas alim, nəşrin Özbəkistan tərəfdən həmmüəlliflərindən olan Babaxan Şərif lüğətin tərtibi, onun dilçilik sahəsində yeni imkanlar açdığını bildirərək lüğət vasitəsi ilə Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Özbəkistan arasında yeni və möhkəm körpü qurulduğunu deyib. Natiq lüğət kitabının imkanları, söz və ifadələrin qarşılıqlı tərcüməsi, lüğətdə hər iki dildə verilmiş əlifbada hərflərin transkripsiyası haqqında danışıb.

Digər natiqlər - professor Saodat Muhammadova, Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahor Aşurova və başqaları qədim, zəngin, ortaq tarixi köklərə malik Azərbaycan və Özbək mədəniyyətlərinin bəşər sivilizasiyasına böyük töhvələr verdiyini, Şərq elmini, ədəbiyyatını, incəsənətini, ümumilikdə dünya mədəniyyətini zənginləşdirdiyini bildiriblər.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin tələbələrinin iki xalqın tarixi dostluğuna, habelə ana dilinə dair hazırladıqları ədəbi-şeir kompozisiyası təqdim ediliblər.

Qeyd edək ki, “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik, Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutlarının Elmi Şuralarının müvafiq qərarları ilə nəşr olunub.

07.10.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası