Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg15
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
html5 slider by WOWSlider.com v8.8

Bakıda Özbək şairənin yaradıcılıq gecəsi və Azərbaycan - Özbəkistan həmrəyliyinə dair musiqi layihəsinin təqdimatı olub.


Azərbaycanda səfərdə olan Özbəkistanın tanınmış şairiəsi, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmin Azərkitab Kitab Mərkəzində yaradıcılıq gecəsi və Özbəkistan sənətçilərinin “Azərbaycan, Qarabağ, Sülh və Qələbə Üçün Oxu” klipinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Regional Hüquq və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova açdı:"Hər kəsi salamlayıram. Belə silsilə tədbirlərin böyük əhəmiyyəti var. Bu tədbirlərin başında Babaxan Şərifin 70 illik yubileyi durur. İndiki tədbirin səbəbkarı, şairə Xasiyət xanımdır".

Azərkitab Kitab Mərkəzinin rəhbəri Sabir Həsənov çıxışında bunları dedi: "Gələn qonaqları salamlayıram. Bu görüşlərin əhəmiyyəti olduqca böyükdür. Uşaqlar bu gün nümayiş etdiriləcək klipdən Xasiyət xanımın yaradıcılıq gecəsindən çox şey öyrənəcəklər".

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov çıxışında bir milyon məcburi köçkünün taleyini klipdə digər xalqa çatdırmaq üçün əllərindən gələni etdiklərini söylədi: "Musiqi layihəsi Azərbaycanda işlənmişdi. Amma bizim musiqimizin əhəmiyyəti ondan ibarətdir ki, işğal edilmiş yerlərimiz, tarixi abidələrimiz göstərilib. Bir sıra mahnılar səsləndirilib. Klip "Qarabağ şikəstəsi" ilə bitir. Klipdə Cocuq Mərcanlıdan Şuşa gedən yol göstərilir. Bu onu göstərir ki, biz bu yolu gedəcəyik. Son sözü sizlər deyəcəksiniz. Bu günü çox gözləmişəm".

Daha sonra klip nümayiş etdirildi.
Gur alqışlarla qarşılanan klipin nümayişindən sonra klip və Xasiyyət Rüstəmin yaradıcılıq gecəsi ətrafında çıxışlar davam edib.

Millət vəkili Qənirə Paşayeva: "Bu gözəl layihənin təqdimatından sonra elə qəribə duyğular keçiririk. Qarabağa bir anlığa getdik. Qardaş Özbəkistanından öz vətənlərinə gələn ziyalılarımız var. Xoş gəlmisiniz deyirəm. Biz də Özbəkistanda olduq, bir müddət öncə. Çox önəmli tədbirlərdə iştirak etdik. Son üç gündə ölkəmizdə önəmli tədbirlər keçirdik. Belə tədbirlərdən biri ustad Babaxan Şərifin 70 illik yubileyini qeyd etdik. Bir daha təbrik edirik. Biz ustada hər zaman sevgi ilə yanaşır, hörmət edirik. İnşallah, sizin növbəti yubileyinizi Qarabağda keçirərik. İkinci tədbirimiz "Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğətinin təqdimatı möhtəşəm səviyyədə keçirildi. Bu layihə iki ölkə arasındakı birliyin möhkəmlənməsinə xidmət edən layihədir. Azərbaycan-özbək dilinin demək olar 85 %-i oxşardır. Orada söz vermişəm ki, qalan fərq faizinin sirlərini öyrənəcəm. Bu layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm. Üçüncü layihə Böyük Nizaminin "Xəmsə"sinin özbək türkcəsinə tərcümə edilməsi oldu. Hazırda da böyük bir layihənin təqdimatına toplamışıq. Buna bir musiqi layihəsi kimi baxmayın. Klipdə Özbəkistanın tanınmış sənətçiləri, gənclər var. Onlar Qarabağ üçün oxuyurlar. Gördünüz ki, o gənclər necə ürəklə oxuyurdular. Bütün türk dünyasında belə bir layihənin keçirilməsini təmin edə bilərik. Burada medianın dəyərli simaları var. Təklifim odur ki, bu layihəni daha geniş ərazilərə yayaq. Qoy, düşmənlər görsün ki, təkcə biz deyil, bütün türk dünyası Qarabağ deyir. Şöhrət Batlas burada var. O, vaxtı ilə Özbəkistanda törədilən qətliamlardan yazırdı. Onun Qarabağ üçün gördüyü işlər misilsizdir. Bu günün səbəbkarı Xasiyət xanımdır. Mənə deyirlər ki, o azərbaycanlıdır. Onun qəlbində Azərbaycan varsa, demək bizimdir. O, Azərbaycandan nə göndərilirsə, rəhbəri olduğu qəzetdə dərc edir. O həm də kitab dünyasının adamıdır. Siz bizim üçün şairə kimi həm də dəyərlisiniz. Jurnalist kimi eləsiniz. Final sizinlə olmalı idi. Çünki siz həm də özünüzü qarabağlı sayırsınız. Son üç gündəki tədbirlərdə əməyi keçən Arzu xanıma, Əkbər bəyə, İntiqam Yaşara təşəkkür edirik. Bu əlaqələr üçün kim nə iş görübsə, minnətdarıq. Hər kəsə səslənirəm ki, mütləq Özbəkistana gedin. Əminəm ki, münasıbətlərimiz uğurla davam edəcək. Allah birliyimizi qorusun, türk dünyasının birliyi daim güclü olsun".

Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı: "Çox əlamətdar gündür. Tarixi həm yaradırıq, həm də yazırıq. Klipə baxanda məlum oldu ki, hər birimizin qəlbində bir kədər var. Biz Qarabağa mütləq qayıdacağıq. Babaxan müəllim Pedoqoji Universitetində çox böyük addım atdı. Tələbələrin hər birini öpə bilməyəcəyini deyib, əvəzində bayrağımızı öpdü. Biz də onun əlini öpdük. Bunlar çox böyük nümunələrdir. Bu gün Xasiyət xanımın həm də günüdür.

O ön planda şair kimi durur. Xasiyət xanım türk dünyasında tanınan bir imzadır. Onunla Türkiyənin Hava Limanında tanış olmuşuq. Sanki Tovuzun Qoşalı kəndindən olan birisi ilə tanış olmuşdum. Azərbaycanda özbək ədəbiyyatı çox yaxından öyrənilir. Bu da çox önəmlidir. Xasiyət özbək ədəbiyyatında çox önəmli simadır. O qaranlıqda işıq görən insandır. Onun şeirlərini oxuyanlar pessimist olduğunu düşünər. Amma bu belə deyil. Onun azərbaycanlı olduğunu görmək üçün rəhbəri olduğu qəzetin bir tirajını oxumaq kifayət edir. Onun qapıbir qonşusu ermənidir. O, həmin erməni ilə danışmır. Bəzən erməni də bilmir niyə belə edir. Bax, Xasiyət Rüstəm budur".

Əkbər Qoşalı şairənin bir şeirini səsləndirdi. Dünya Gənc Yazarlar Birliyi başqanı İntiqam Yaşar tərəfindən Xasiyət Rüstəm təltif edildi.

Xasiyət Rüstəm: "Qəzetimizin hər səhifəsində Azərbaycana yer ayırmaq borcumuzdur. Azərbaycan ürəyimizdir. Bu gün mənim üçün qürurlu gündür".

Şöhrət Batlas əli ilə şairəni göstərərək bunları dedi: "Özbək dediyiniz Xasiyət Rüstəmdir. Bizlər də faciələr yaşamışıq. Bu ölkədə bizim üçün dəyərli dostlar var. O kövrək, gözəl bir şairdir".

Xasiyət Rüstəm şerlərindən bir neçəsini səsləndirdi. Gənc xanım Ülkər Piriyeva həzin səslə şairənin "İstanbul" şeirini oxudu.

Ədəbiyyatşünas alim Məti Osmanoğlu da söz alaraq, özbək xalqına təşəkkür etdi. Sonda Samir Abbasov üç gün ərzində keçirdikləri tədbirdə xüsusi əməyi olan Qənirə Paşayeva xüsusi təşəkkür edərək, Azərbaycanın Özbəkistandakı səfirliyinin və rəhbəri olduğu mərkəzin fəxri diplomunu millət vəkilinə təqdim etdi. O, Qənirə Paşayevanın Azərbaycan-Özbəkistan əlaqələrində böyük rolunun olduğunu bildirdi.

Samir Abbasov Xasiyət Rüstəmə də Özbəkıstandakı səfirliyimizin və mərkəzin fəxri diplomunu təqdim etdi.

Qənirə Paşayeva Azərbaycan-özbək əlaqələrinin gücləndirilməsində "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun xüsusi rolunun bir media rəhbəri kimi olduğunu söylədi.

Xəsiyət Rüstəm Rauf Arifoğluna Özbəkistandan gətirdiyi xüsusi hədiyyəni təqdim etdi.

Digər iştirakçılara da hədiyyələr təqdim olundu.
Tədbir gədəbəyli gənc, Aşıq Cavanşir Ənvəroğlunun ifası və Xasiyət Rüstəmin səsləndirdiyi şeirlə başa çatdı.

12.10.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası