Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
1 2
html5 slider by WOWSlider.com v8.8

Səkkiz ayda Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsi 63 faiz artıb.


İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb.

Görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri Özbəkistanın TDƏŞ-də təmsil olunmaq qərarının Şura üzvü olan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafı baxımından rolunu qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dək şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46 faizdən çox, bu ilin 8 ayında isə 63 faiz artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.

İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və sair sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev iş adamlarının ölkəmizdə fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların əlaqələrin inkişafında rolunu qeyd edib. O, Özbəkistan iş adamlarının Azərbaycanlı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində marağını, bu məqsədlə iş adamlarının da daxil olduğu nümayəndə heyətinin Bakıda səfərdə olduğunu diqqətə çatdırıb.

Nazir vurqulayıb ki, Mərkəzi Asiyadan, Türkiyədən və Azərbaycandan keçməklə Şərqi Avropa ölkələrini birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılması, nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm töhfə ola bilər.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Birgə İşçi Qrupun yaradılması, Azərbaycanda Özbəkistanın investisiya imkanlarına dair təqdimatın keçirilməsi, müxtəlif sahələrdə, o cümlədən turizm, maşınqayırma, pambıqçılıq sahələrində qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və sair məsələlər müzakirə edilib, həmçinin Özbəkistan Mərkəzi Asiya ölkələrini Şərqi Avropa ilə birləşdirən yeni nəqliyyat dəhlizlərinin yaradılmasında maraq olmasını qeyd edib



14.10.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası