XƏBƏRLƏR 2019
Azərbaycanla Özbəkistan arasında əməkdaşlığının perspektivləri
müzakirə edilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları ilə əlaqələri genişləndirir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində oktyabrın 14-də Bakıda keçirilən biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkiyənin “Ziraat Bank Azərbaycan” ASC və “Türkiyə İhracat Bankası” (“TurkEximbank”) arasında əməkdaşlığa dair niyyət protokolu, KOBİA ilə Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA), Türk Katılım Bankları Birliyi (TKBB) və Özbəkistanın İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində Kiçik Biznes və Sahibkarlığın İnkişafı Agentliyi arasında 3 anlaşma memorandumu imzalanıb. Sənədlər KOBİA ilə Türkiyə, Özbəkistan və Macarıstanın müvafiq qurumları arasında əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, birgə səylər nəticəsində KOB-lar üçün qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi təmin olunacaq.
Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində keçirilən görüşdə iki ölkə arasında telekommunikasiya, informasiya texnologiyaları, startaplar, innovasiyalar, yüksək texnologiyalar sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
15.10.2019