Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə keçirilən “Özbək dilinin tərəqqisi, türkologiya və bu sahədə beynəlxalq həmkarlıq məsələləri” adlı Beynəlxalq konfransda Azərbaycan da təmsil olunub.


Özbəkistanın nüfuzlu ali məktəblərindən olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində “Özbək dilinin tərəqqisi, türkologiya və beynəlxalq həmkarlıq məsələləri” adlı Beynəlxalq konfransın açılışı olub.

Hər il keçirilən konfransda Özbəkistanla yanaşı Azərbaycan, Amerika Birləşmiş Ştatları, İngiltərə, Rusiya, Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin alimləri iştirak ediblər.

Açılış mərasimində Universitetin rektoru, professor Şuxrat Siracəddinov çıxış edərək türk dilləri qrupuna aid olan Özbək dilinə dövlətin qayğısı, ana dilinin tərəqqisi məqsədi ilə həyata keçirilən layihələrdən danışıb, dünyanın müxtəlif ölkələrində Özbək dilini öyrənmək məqsədi ilə kursların təşkil edildiyini, bu istiqamətdə çoxsaylı tədqiqatların, nəşrlərin hazırlandığını qeyd edib.

Rektor Şuxrat Siracəddinov beynəlxalq əlaqələr sahəsində qazanılan uğurlar, birgə lüğət layihələri, müəllim və tələbə mübadiləsi, Universitetin Özbək dilinin tərəqqisi və inkişafı məqsədi ilə həyata keçirdiyi işlər barədə məlumat verib.

Çıxış edən Özbəkistan Ali və orta təhsil naziri İnomcon Məcidov, akademik və Dil İnstitutunun direktoru Nizaməddin Maxmudov, Yazıçılar Birliyinin sədr müavini Ğayrat Macid Özbək dilinin tərəqqisi məqsədi ilə qarşıda duran vəzifələr, problemlər barədə danışaraq konfransın işinə uğurlar arzulamışlar.

Çıxışçılar özbək diinə dövlət statusu verilməsinin 30 illiyinin tamam olduğunu, məhz vətənpərvər ziyalıların səyi nəticəsində 1989-cu il oktyabrın 21-də özbək dilini dövlət dili elan edildiyini qeyd edərək, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qərarı ilə hər bu tarixin ölkədə “Özbək dilinin bayramı” kimi qeyd olunduğunu söyləyiblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov türk dil ailəsinə aid olan Azərbaycan və Özbək dillərinin öyrənilməsi, təbliği məsələləri haqqında danışaraq, bu istiqamətdə Azərbaycan təcrübəsi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı, diqqətin artırılması və bu istiqamətdə çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edib və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan-Özbək, Özbək – Azərbaycan dillərində lüğətin, danışıq kitaçalarının hazırlanaraq nəşr edildiyini söyləyib.

Tədbirdə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin tələbələrinin türk dil ailəsinin müxtəlif qollarına aid şeirlər səsləndiriblər.

Konfransdan sonra plenar iclaslar və dil sahəsinin aktual məsələlərinə dair seminar təşkil edilib.

Bölmələr üzrə keçirilən iclasda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova “Türk ədəbi dil məktəbinin elmi- nəzəri əsasları mövzusundakı çıxış edib. Azərbaycanla yanaşı, Özbəkistan, Türkiyə, Rusiya, Qazaxıstan alimləri də mütəlif mövzularda məruzələr keçirilib.

30.10.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası