Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Bakıdan gələn qonaqlar yeni yaradılan Məhəmməd Füzuli adınıa Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar.


Azərbaycanlı alim, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti bu yaxınlarda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə yaradılan Məhəmməd Füzuli adınıa Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar.

Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinin rəhbəri, dossent Gülbahar Aşurova bu mərkəzin Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yaradılması, eksponatlarla, kitablarla təmin olunmasının Mədəniyyət Mərkəzi tərəfdən həyata keçirilməsi haqqında söhbət açıb. O mərkəzin planları haqqında danışıb, bildirib ki, universitetin tələbələri hər gün buraya gəlir, Azərbaycan ədəbiyyatı, mədəniyyəti ilə maraqlandıqlarını bildirirlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qonaqları salamlayıb, Azərbaycan dilinin, ədəbiyyatının, mədəniyyətinin təbliği məqsədilə yaradılan mərkəzin fəaliyyəti haqqında danışıb. O mərkəzdə azərbaycanlı alimlərin, şairlərin, yazıçıların iştirakı ilə müxtəlif görüşlərin, mühazirələrin, yubileylərin, açıq dərslərin, sərgi və seminarların təşkil olunacağını vurğulayıb.

Sona Vəliyeva mərkəzin iki ölkə arasında ədəbi əlaqələrin inkişaf etdirilməsi, Azərbaycanın daha geniş tanıdılması, habelə Azərbaycan ədəbiyyatı, mədəniyyətinin və tarixinin öyrənilməsi üçün gözəl imkan açdığını deyib. O əmin olduğunu bildirib ki, bu mərkəz vasitəsi ilə universitetin müəllim və tələbələri Azərbaycanla, onun qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı ilə yaxından tanış ola biləcəklər.

Sonda Azərbaycanın Əməkdar artisti Ehtiram Hüseynov muğam və xalq mahnılarımızı ifa edib. Xanəndəni tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayət edib.

04.11.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası