Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
  • bg20
  • bg21
  • bg22
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Xarəzm Vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılışı olub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Xarəzm Vilayət hakimiyyətinin birgə layihəsi ilə bu ölkənin qədim və zəngin mədəniyyətə malik Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” keçirilir.

Qeyd edək ki, tədbir münasibəti ilə vilayətin böyük şəhərlərində Azərbaycana aid banerlər quraşdırılmış, dörd gün müddətində Azərbaycan mədəniyyəti, ölkəmizin turizm potensialı, elmi və ədəbi əlaqələrə dair silsilə tədbirlər keçirilib.

“Özbəkturizm” Dövlət Komitəsi, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi, Azərbaycandakı “Kaspi” qəzeti və Təhsil Şirkətinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin rəsmi açılışı Xarəzm vilayətinin administrativ mərkəzi olan Urgənc şəhərindəki Dövlət Dram Teatrında reallaşmışdır.

İlk öncə Urgənc Dövlət Dram Teatrının foyesində təşkil edilmiş “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimlərinin moda sərgisi nümayiş olunmuşdur. Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən Qarabağ şikəstəsinin sədası altında Azərbaycanın, habelə onun Qarabağ diyarına aid milli qadın və kişi geyimləri nümayiş etdirilmişdir.

Vilayət şəhər hakimiyyəti, Azərbaycandan gələn qonaqlar, vilayətin nüfuzlu elm, təhsil, mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirak etdiyi rəsmi açılış tədbirində Xarəzm Vilayət hakimiyyətinin rəhbəri Fərxad Ermanov açaraq bir milyon səkkiz yüz min əhalisi, böyük tarix və mədəniyyətə malik vilayətdə Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin təşkilinin böyük bayram olduğunu, iki ölkə arasında münasibətlərin tarixi, yüksələn xətlə inkişaf edən Azərbaycan-Özbəkistan dostluğu haqqında geniş məruzə ilə çıxış etmişdir. Vilayət rəhbəri dili, mədəniyyəti, adət-ənənələri, dini və ruhu bir olan Azərbaycanla münasibətlərin Özbəkistan üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Bakıda Türk Şurası dövlət başçılarının zirvə toplantısı çərçivəsində keçirdiyi görüşləri qeyd edərək, vilayətin iki şəhərində Urgənc və Xivədə Azərbaycan mədəniyyəti və ədəbiyyatına həsr olunmuş çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb.

Açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov hər il Özbəkistanın müxtəlif tarixi və böyük şəhərlərində mədəniyyət günləri tədbirlərinin keçirildiyini və keçirilən tədbirin məqsədinin dünyanı heyran qoyan zəngin mədəniyyətimizin, Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələrinin, möhtəşəm poeziyamızın qarşı tərəfə çatdırılması və ikitərəfli dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət etmək olduğunu bildirib. Diplomat Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan prezidenti ilə görüşü zamanı səsləndirdiyi fikri vurğulayıb: Ölkə başçısı qeyd edib ki, xalqlarımız arasında əlaqələr tarixin sınağından uğurla çıxmış, Özbək və Azərbaycan xalqlarının əsrlər boyu həmrəylik və sülh şəraitində yaşamış, bir-birinə qardaş münasibəti bəsləmiş və müstəqil dövlətlərimiz öz gələcəklərini çox möhkəm, çoxəsrlik tarixi təməl üzərində qurmuşlar. Samir Abbasov xalqlarımız arasında oxşar, ortaq dəyərlər haqqında danışaraq, Azərbaycanın muğam, aşıq və xalçaçılıq sənətinin, Qobustan və Azıx mağarası kimi qədim yaşayış məskənlərinin ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini dünyaya bir daha nümayiş etdiridiyini söyləyib.

Azərbaycanın “Kaspi” qəzeti və Təhsil Şirkətinin rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva iki xalq arasında ədəbiyyat sahəsində əməkdaşlıq, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Çolpan, Hüseyn Cavid arasında ədəbi əlaqələr, distluq münasibətlərindən danışaraq, xalqlarımızı birləşdirən dəyərlərin çox olduğunu, ata-babalarımızdan bizə miras qalan Azərbaycan-Özbəkistan dostluğunu gələcək nəsillərə çatdırmaq və təbliğ etməyin vacib olduğunu qeyd edib.

Rəsmi açılışdan sonra Xarəzm Vilayət hakimiyyətinin rəhbəri Fərxad Ermanov Azərbaycanlı qonaqlara və tədbir iştirakçılarına öz hədiyyələrini təqdim etdi.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı xüsusi bədii proqram təqdim olunub. Konsert proqramında Azərbaycan Respublikasının əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov, Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnılarını, muğamlarımızı ifa ediblər.

Azərbaycanın Əməkdar artisti, Özbəkistanda keçirilən 2017 Şərq Təranələri Musiqi Festivalının qra pri mükafatı laureatı Sahib Paşazadənin milli musiqimizin tarda ifası çoxsaylı tamaşaçılarının alqışları ilə müşaiyət edilib.

Tədbir Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının milli rəqslərimizi ifası ilə davam edib.

Qədim mədəniyyət beşiyi Xarəzm vilayətində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində tədbirlər davam edir.

6.11.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası