Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
  • bg20
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.


Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində vilayətin mərkəzi Urgənc şəhərindəki Dövlət Dram Teatrının foyesində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib.

Mərasimdə Xarəzm vilayətinin hakimi Fərxad Ermanov, Azərbaycan nümayəndə heyəti, Azərbaycanın və Özbəkistanın alimləri, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak ediblər.

Öncə iştirakçılar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı “Əbədi dostluğumuz” adlı sərgiyə baxış keçiriblər.

Foyedə hazırlanan kitab sərgisində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib. Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər də maraqla qarşılanıb.

Sonra Urgənc Dövlət Universitetinin tələbələri tərəfindən “Qarabağ şikəstəsi”nin sədası altında Azərbaycanın milli libasları, Azərbaycanın Qarabağ bölgəsinə aid milli qadın və kişi geyimləri nümayiş olunub. Milli libaslar nümayiş etdirildikcə hər bir libas haqqında tamaşaçılara məlumat verilib. Azərbaycan və Özbəkistan bayraqları ilə iştirakçılar tarixi Azərbaycan geyimləri, onların mənası, milli rəmzlərimizin geyimlərdə əks olunması, qadın və bəy geyimlərinin ümumi xarakteristikası haqqında məlumatlar verilib. Sərgiyə iştirakçılar böyük diqqət və maraq göstərib, tədbiri yerli telekanallar, mətbuat nümayəndələri geniş işıqlandırılıb.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

07.11.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası