Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Rusiyalı tarixçi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Özbək dilində Daşkənddə çapdan çıxıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə Rusiyalı tarixçi, tarix elmləri namizədi Oleq Kuznetsovun “Qarabağ münaqişəsinin “mifləri” haqqında həqiqətlər” kitabı Daşkənddə çapdan çıxıb.

Nəşrin tərcüməçisi Özbək tərcüməçi Babaxan Şərifdir.

Kitabda münaqişənin tarixi, onun yaranma səbəbi, Azərbaycanlılara qarşı həyata keçirilən aqressiv siyasət, Rusiyanın Stanislav Tarasov tərəfindən tarixin saxtalaşdırılması və münaqişənin əsl səbəbinin təhrif edilməsi öz əksini tapıb.

Qeyd edək ki, Rusiya Federasiyasının "Minuvşeye" nəşriyyatının buraxdığı müəllif Stanislav Tarasovun "Qarabağ münaqişəsinin mifləri" kitabına daxil olan məqalələrin obyektivliyi əks etdirməməsi, kitaba daxil edilmiş esselərdə ötən əsrin əvvəllərində Cənubi Qafqazda Sovet hakimiyyətinin qurulduğu illərdən indiki dövrədək məlum olan bir çox tarixi hadisələrin və faktların saxtalaşdırması səbəbindən Oleq Kuznetsov bu mövzuya yenidən müraciət etməli olmuşdur.

Kuznetsov konkret tarixi faktlar və arxiv sənədləri əsasında Tarasovun kitabındakı uydurmaları aşkarlayır, Rusiya tarixinin təhrif olunduğunu əyani şəkildə sübut edir.

Müəllifin sözlərinə görə, kitabı yazmaqda məqsədi Rusiya və onun qonşularla münasibətləri tarixin hansı səbəblərdən təhrif edilməsinin və belə sifarişlərin kimə sərf etdiyinin müəyyən etməsi olub.

Kitab əslində Dağlıq Qarabağ problemi haqda, Ermənistan-Azərbaycan münaqişəsi barədə deyil, rus tarixşünaslığının bir sıra təmsilçilərinin mənəvi düşkünlüyündən bəhs edir, siyasi konyuktura, öz şəxsi maddi maraqları naminə rus tarixşünaslığını zərbə altına qoyanlardan bəhs edən hüquqi tarixi əsərdir.

Konkret desək, əsər Stanislav Tarasovun öz mənfəəti naminə Rusiyanin xarici siyasətini təhrif etmiş çap materialına sanballı, tarixi faktlarla əsaslandırılmış cavabdır”.

Tanınmış rusiyalı tarixçi alim Oleq Kuznetsov Qarabağ münaqişəsi və ermənilərin tarixi haqqında bir sıra kitabların, monoqrafiyaların, elmi araşdırmaların müəllifidir. O, “Gülüstana gedən yol: Tarixə dərə-təpələrlə səyahət”, “XX yüzillikdə transmilli erməni terrorunun tarixi” sanballı elmi əsərləri ərsəyə gətirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbək dilində Daşkənddə çapdan çıxmış kitabın Özbəkistan Respublikasının kitabxanalarına, elm, tədqiqat müəssisələrinə əvəzsiz olaraq hədiyyə edilməsini nəzərdə tutur.

Qeyd edək ki, bugünə qədər Özbəkistanda Özbək dilində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Özbək tarixçi-alim Şuxrat Salamovun bir sıra nəşrləri çap edilib.

13.11.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası