Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan “Özbəkistan bizim ümumi evimizdir” Festivalında təmsil olunub.


Çoxmillətli və tolerant ölkə Özbəkistanda yaşayan bütün millətlər üçün dövlət tərəəfindən şərait yaradılmışdır.

Özbəkistan dövlətinin layihəsi ilə hər il ölkədə yaşayan millətlərin milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin ifasında sülh, dostluq və mehribanlığın möhkəmlənməsinə, harmonik inkişaf etmiş nəslin tərbiyəsinə göstərilən qayğıya həsr olunmuş Festival keçirilir.

"Özbəkistan bizim ümumi evimizdir"adlı Festivalda Azərbaycan Mədəniyyət Mərkəzləri də təmsil olunur.

Festival BMT-nin Baş Məclisinin qərarı ilə 1997-ci ildən noyabrın 16-da hər il dünyada qeyd olunan Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə təşkil olunur. Bu tarixin Özbəkistanda qeyd edilməsi də yaxşı ənənəyə çevrilmişdir.

Bu il Festival noyabr ayının 12-də "Türkiston" Sarayında təşkil olunan Festivalda Özbəkistan, Azərbaycan, Türk, Ukrayna, Qazax, Tacik, Rus, Koreya, Polşa və digər xalqların milli mərkəzləri çıxışlar ediblər.

Ölkəmizi bu tədbirdə Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı, Azərbaycan saz ustası İlham Abdullayev təmsil ediblər. Onlar Azərbaycan milli rəqslərini, habelə sazda milli havalarımızı ifa ediblər.

Tədbirdə çıxış edən Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov bütün iştirakçılara təşəkkürünü bildirərək belə tədbirlər xalqlar arasında dostluğun möhkəmlənməsinə, onların vətənləri olan Özbəkistana bağlılığının artırılmasına yönəltməklə yanaşı, gənclərin ictimai həyatda aktiv iştirakına dəstək olduğunu qeyd edib. O, respublikada yaşayan müxtəlif millətlərin dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, onların ölkənin inkişafına töhfələrinin artırılmasına dövlətin böyük dəstəyinin olduğunu söyləyərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacib olduğunu deyib. Sədr Rustambek Qurbanov etnoslararası həmrəylik və dinlərarası tolerantlıq hisslərinin daha da möhkəmləndirilməsində həyata keçirilən işlərdən danışıb.

Tədbir konsertin bütün iştirakçıları tərəfindən "Özbəkistan bizim Vətənimizdir" mahnısının ifası ilə başa çatıb.

14.11.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası