XƏBƏRLƏR 2019
Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edən heyətimiz İçən-Qala Dövlət qoruğunu ziyarət etmiş, onların şərəfinə ziyafət verilmişdir.
Özbəkistan Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Azərbaycandan və Özbəkistandan olan nümayəndə heyəti Xivə şəhərindəki İçən-Qala Dövlət Tarixi memarlıq muzeyini ziyarət etmişdir.
Orta Asiyada İpək Yolu üzərində yerləşən və təkrarsız abidələri özündə cəmləşdirən, möhtəşəm abidələri ilə dünyanı heyran qoyan Xivə şəhərinin mərkəzində yerləşən İçən-Qala YUNESKO-nun siyahısına daxil edilmişdir.
Bu tarixi məkan çoxsaylı xarici turistlərin üz tutduğu böyük mədəniyyət mərkəzidir.
Burada çoxsaylı mədrəsələr, minarələr, məscidlər, saraylar, məğbərələr mövcuddur və İslam tarixi üçün, habelə hər il Özbəkistana gələn turistlər üçün bu təkrarsız Dövlət muzeyi ziyarət edənlərə mədəni irsinin nümunəsidir.
Azərbaycan nümayəndə heyəti Seyid Alovuddinn , Pəhlivan Mahmud məğbərəsini, Usta Xoca məscidini, habelə İçan Qala ətrafında yerləşən Dişan-Qala kompleksini ziyarət etmişdilər.
Qonaqlara məlumat verilmişdir ki, Özbəkistanın bütün gözəlliklərini, incəsənətini, təkrarsız memarlıq abidələrini özündə əks etdirərək, hər il milyon turistlər ziyarət etdiyi Xivə şəhəri möhtəşəm sənət nümunəsidir, Şərq dünyasının elçisidir.
Daha sonra “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ndə iştirak edənlərə rəsmi ziyafət verilmişdir. Ziyafətdə Xarezm vilayət hakiminin müavini Temur Davletov, çıxış edərək, “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin” ilk dəfə olaraq Xarezm vilayətində keçirilməsinin mahiyətindən danışaraq, bu layihəni Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilməsini qeyd etdi. O, sözü gedən tədbir nəticəsində üç gün ərzində Şərq və Qərbin zəngin ənənələrini özündə əks etdiyini, Odlar Yurdu – Qafqazın mirvarısı olan Azərbaycanın ənənələri, tarixi, incəsənəti ilə yaxından tanış olduğunu söyləyib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri “ xalqlarımızı daha da yaxınlaşdırılması, ortaq dəyərlərimizi, habelə milli mədəniyyətimizin təbliğini həyata keçirtdiyini söylədi.
Diplomat Xarezm vilayətində gözəl təəssüratla və unudulmaz xatirələrlə başa çatan Mədəniyyət günlərinin uğurla yekunlaşdığını və bu işdə zəhəməti olan hər kəsə öz təşəkkürünü çatdırdı.
S. Abbasov yaradılan şərait və təşkil üçün Xarezm rəhbərliyinə minnətdarlığını bildirib, tədbirdə xüsusi təşəbbüskarlıq göstərən Xarezm vilayət hakiminin müavini Temur Davletova, Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayeva Özbəkistandakı Azərbaycan Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Fəxri diplomlarla təltif etmiş, onlara Azərbaycan milli xalçalar və suvenirlər hədiyyə olaraq bağışlanmışdır.
Daha sonra tədbir bədii proqramla davam edildi.
Bədii proqramda Özbəkistan və Azərbaycan musiqisi, Xarezm vilayətinin rəqs kollektivləri və tanınmış muğənniləri milli musiqilərini ifa etdilər. Dram teatrın kollektivi Azərbaycan bəstəkarı Üzeir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqi parçalarını ifa etdilər.
Azərbaycanın Əməkdar artisti, Özbəkistanda keçirilən 2017 “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının Qran-pri mükafatı laureatı Sahib Paşazadənin milli musiqimizin tarda ifası alqışlarla müşaiyət edilib.
Qonaqları Xorezmin milli mətbəxinə qonaq etdilər.
15.11.2019