Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg9
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan aliminin monoqrafiyasının təqdimatı keçirilib.


Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan alimi Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” monoqrafiyasının təqdimatı keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə nizamişünas alim, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Lalə Əlizadə, DDPU-nin professor-müəllim heyəti, tələbələr iştirak edib.

Universitetin müəllimi, dosent Marxabo Sabirova qonağa bu ali məktəb haqqında məlumat verib, qeyd edib ki, universitetimiz 1947-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Alim universitetdə Nizami irsi ilə əlaqədar aparılan elmi-tədqiqat işləri haqqında söhbət açıb, təqdim olunan kitabın əhəmiyyətindən danışıb. Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov mərkəzin fəaliyyəti haqqında məlumat verib, bildirib ki, Özbəkistanın bir sıra universitetlərində, o cümlədən bu ali məktəbdə “Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi” yaradtmışıq və uğurla fəaliyyət göstərir. Mərkəzdə Azərbaycanın və Özbəkistanın dövlət bayraqları, ölkəmizin tarixi, ədəbiyyatı, mədəniyyəti, ulu öndər Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif kitablar, Azərbaycan xalçaları və qədim filmlərimiz, milli musiqilərimizdən ibarət disklər sərgilənir.

Lalə Əlizadə bu il Bakıda çap olunan bu kitab haqqında ətraflı məlumat verib, monoqrafiyanın müəllifi Əzizağa Nəcəfzadənin onun tələbəsi olduğunu vurğulayıb. Alim bildirib ki, bu qiymətli kitabda XIX-cu əsrin əvvəllərindən başlayaraq iki əsrlik bir müddətdə Azərbaycan nizamişünaslığında Nizami Gəncəvinin yeri və mövqeyi haqqında danışılır, böyük şairin yaradıcılığında türklüyə xüsusi rəğbətin elmi əsaslarla sübuta yetirilməsi tarixi-xronoloji ardıcıllıqla təhlil edilir.

Bu kitabın təqdimatı Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində də keçirilib.

21.11.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası