Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Nəsimi ədəbiyyat günləri” çərçivəsində “Mən əbədiyyət üfiqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən bu ölkədə il ərzində dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirilir.

Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Nəsiminin qəzəlləri Özbək dilinə tərcümə olunmuş, kitab halında nəşr edilmiş, sözügedən nəşrin Daşkənd və Bakıda geniş təqdimatı keçirilib.

Qeyd edək ki, “Nəsimi ili” çərçivəsində cari ilin 4 dekabr tarixində Özbəkistan Milli Elmlər Akademiyasının Özbəkistan dili, ədəbiyyatı və folkloru İnstitutunda İmadəddin Nəsimiyə həsr edilmiş “Mən əbədiyyət üfiqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Milli Elmlər Akademiyasının birgə layihəsi ilə keçirilən beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın tanınmış elm, ədəbiyyat xadimləri, Nəsimişünas alimləri iştirak edəcək və çoxsaylı məruzələr dinləniləcəkdir.

6 dekabr tarixində isə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması, habelə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Mərkəzin sərgi salonunda “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərginin açılışı olacaqdır.

Tədbirlərdə Azərbaycandan da mötəbər qonaqların, alimlərin iştirakı gözlənilir.

Fəxri qonaq və məruzəçi kimi tədbirlərdə filologiya üzrə fəlsəfə doktoru, Nəsimişünas alim Səadət Şıxıyeva, Nəsiminin vətənindən isə Şamaxı-İsmayıllı regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, gənc şair və alimlər Fərid Hüseyn və Kərimulla Məmmədzadə iştirak və çıxış edəcəklər.

Tədbir zamanı cari ilin may ayında elan edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan qalibləri Azərbaycan Mədəniyyət Mərkəzinin Fəxri diplomları və pul mükafatları ilə təltif ediləcəklər.

Qeyd edək ki, müsabiqəyə hər iki ölkənin şairləri, həvəskar ədəbiyyatsevərləri Nəsimi yaradıcılığına həsr etdikləri, habelə dahi şairin dəst-xəttinə, stilinə yaxın yazdıqları şeirlər təqdim olunmuş, toplanmış bu əsərlər əsasında “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı nəşr çap edilmiş və tədbir çərçivəsində sözügedən nəşrin təqdimatı keçiriləcəkdir.

Bundan başqa, “Nəsimi ədəbiyyat günləri” çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzində Mukimi adına Özbək Musiqili-Dram Teatrının hazırladığı və dahi şair İmadəddin Nəsimiyə həsr etdiyi tamaşanın nümayişi nəzərdə tutulub.

“Nəsimi ədəbiyyat günləri” layihəsinə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə Azərbaycan və Özbəkistanın Mədəniyyət Nazirlikləri, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, TÜRKSOY təşkilatı, Özbəkistan və Azərbaycanın Milli Elmlər Akademiyaları, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistanın “Kitab dünyası” və Azərbaycanın “Kaspi qəzetləri müvafiq dəstək göstərirlər.

“Nəsimi ədəbiyyat günləri”nin bağlanış mərasimi ilə əlaqədar Özbəkistanın Xalq Çalğı alətləri ansamblının dahi şairin yaradıcılığı, habelə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə başa çatacaqdır.

27.11.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası