Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg6.1
  • bg7
  • bg8
  • bg9
  • bg9
  • bg11
  • bg12
  • bg12.1
  • bg12.2
  • bg13
  • bg14
  • bg14.1
  • bg15
  • bg15
html5 slider by WOWSlider.com v8.8

Özbək musiqisinin ulduzları Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın Azərbaycanın ali səhnəsində konsert proqramı ilə çıxışı anşlaqla keçib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Özbəkistanın “First Art Media” şirkətinin layihəsi ilə cari il 22 noyabr tarixində Bakıda Heydər Əliyev Sarayında Özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın əməkdar artistləri, “Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı keçirilib.

Qeyd edək ki, konsertdən öncə Bakıda “Okuklu inşaat” şirkətinin zalında düzənlənən mətbuat konfransında artistlər Azərbaycan səhnəsi, tamaşaçılar, qarşıdakı konsert proqramı və gələcək planları ilə əlaqədar öz fikirlərini bölüşüblər.

Konsert proqramında Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimov, tanınmış meyxanaçı Tərlan Novxanı, habelə Türk sənət musiqisinin ulduzu Pınar Eliçə fəxri qonaq kimi iştirak edərək çıxış etmişlər.

Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq Özbək sənətçilərinin Azərbaycanın ali səhnəsində çıxışı böyük anşlaqla qarşılanmış, konsertə böyük maraq olmuşdur.

Konsertə Azərbaycanın Özbəkistandakı Səfirliyi, Azərbaycan Hava Yolları şirkəti, Azərbaycan Sahibkarlar Konfederasiyası xüsusi dəstək göstərmiş, informasiya dəstəyi olaraq Azərbaycanın “Xəzər” telekanalı, “Mədəniyyət TV” və başqa çoxsaylı media qurumları dəstək veriblər.

Türkiyə Respublikasından çoxsaylı mətbuat nümayəndələri “Kanal D”, “Star”, “Bəyaz TV” və başqa tanınmış xəbər kanalları konsert proqramına dair çoxsaylı verilişlər yayımlayıblar.

İlk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış və Azərbaycan və Özbək xalqlarının dostluğuna həsr olunmuş “Sizə salam gətirmişəm” adlı klip nümayiş etdilib.

Daha sonra səhnəyə Özbək estradasının gənc ulduzu Uluqbek Raxmatullayev çıxaraq gözəl Özbək musiqilərini ifa ediblər. Uluqbek Raxmatullayev Özbək, Azərbaycan, Türk və Tacik mahnılarını ifa edərək, tamaşaçıların çoxsaylı alqışları ilə müşaiyət edilib. Uluqbek Raxmatullayevin Azərbaycanlı musiqiçi Tərlan Novxanı ilə birgə çıxışı musiqisevərlərin alqışları ilə qarşılanıb. Səhnədə çoxsaylı gözəl çıxışlar və perfomanslarla yadda qalan Uluqbek Raxmatullayev könülləri fəth edib və Azərbaycan tamaşaçılarına böyük zövq yaşadıb.

Daha sonra Yulduz Turdiyeva təkrarsız Özbək musiqilərini, Azərbaycan mahnılarını ifa edib, onun “Qarabağ” mahnısı zalda xüsusi coşqu və alqışlara səbəb olub. Yulduz Turdiyeva Azərbaycan xalq artisti Mənsum İbrahimovla birgə muğam nömrələri ifa ediblər.

Daha sonra Yulduz Turdiyeva Türk sənət musiqisinin ulduzu Pınar Eliçə ilə birgə “Bərabər yürüdük bu yollarda” duetini oxuyublar.

Konsert proqramında mötəbər qonaqlar, millət vəkilləri, səfirlər, çoxsaylı ictimaiyyət, mədəniyyət nümayəndələri, jurnalistlər, habelə Azərbaycanda yaşayan Özbəklər iştirak ediblər.

Sonda çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov layihə ilə dili, dini, mədəniyyəti, adət-ənənələri, ruhu bir olan Azərbaycan və Özbək xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq istədiklərini qeyd etmiş və konsert proqramına belə böyük maraq olmasından məmnununu ifadə edib.

Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dəfələrlə Azərbaycan musiqiçilərinin Özbəkistan səhnəsində çıxış etdiklərini, lakin Azərbaycanın ən ali səhnəsində birinci hadisədir ki, Özbək musiqiçilərinin, müğənnilərinin konsert proqramı təqdim etdiklərini söyləyib.

Azərbaycanda “Okuklu İnşaat” Şirkətinin rəhbəri Yılmaz Okuklu Türk dünyası ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, bu cür musiqi layihələrinin icrasının əhəmiyyətindən danışıb.

Bu möhtəşəm konsert proqramı Azərbaycan və Türkiyə mətbuatında geniş işıqlandırılıb, habelə çoxsaylı verilişlər, proqramlar hazırlanmış nümayiş etdirilmişdir.

23.11.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası