Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkəranda olub.


Dekabrın 6-da Özbəkistan Respublikasının Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfərinə gəlib.

Buxara vilayət hakiminin müavini Vahid Hiyezovun, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotovun, vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətinin Lənkəran Şəhər İcra Hakimiyyətinin binası qarşısında qarşılanma mərasimi olub.

Qarşılanmadan sonra İcra başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Daha sonra qonaqlar İcra başçısı tərəfindən qəbul olunub. Qəbul zamanı qonaqları bir daha salamlayan İcra başçısı T.Qaraşov Azərbaycan və Özbəkistan xalqlarının tarixi dostluq əlaqələrindən, Ümummilli Lider Heydər Əliyevin və Özbəkistan Respublikasının dövlət rəhbərlərinin qarşılıqlı səmimi manasibətləri sayəsində bu dostluğun daim möhkəmləndiyini və bu gün də davam etdiyini xüsusi vurğulayıb.

İcra başçısı nümayəndə heyətinə Lənkəranın sosial-iqtisadi və mədəni həyatı, ölkə Prezidentinin diqqət və qayğısı ilə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, uğurla yerinə yetirilən infrastruktur layihələri barədə ətraflı məlumat verib.

Səmimi qəbula görə minnətdarlıq edən qonaqlar belə qarşılıqlı səfərlərin, mədəni mübadilələrin hər iki qardaş xalqı daha da yaxınlaşdıracağına və gələcək əməkdaşlıq üçün geniş perspektivlər açacağına əmin olduqlarını bildiriblər. Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran şəhərində bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən Mədəniyyət mərkəzində “Özbəkistan mədəniyyəti günü”nün açılışı, Buxara vilayəti Dövlət Filormoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimatı, özbək suvenirləri və əl işlərindən ibarət sərgi keçirilib.

Səfər müddətində özbək qonaqlar, Lənkəran şəhərinin görməli yerlərinə baş çəkməklə yanaşı, Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, Lənkəran Dövlət Universitetinin, Tarix-diyarşünaslıq müzeyinin, Xalça fabrikinin, Olimpiya İdman Kompleksinin, “Yaşıl Çay” FT-nin çay plantasiyasının, ”Green East” MMC-nin Çəltik emalı zavodunun, sitrus plantasiyasının, Hirkan Milli Parkının, İstisu Müalicə İstirahət Mərkəzinin və digər obyektlərin fəaliyyəti ilə yaxından tanış olublar.

Beş günlük səfər çərçivəsində Buxara vilayətinin nümayəndə heyəti Lerik, Astara və Masallı rayonlarına da səfər edəcəklər.

10.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası