Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg9
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
  • bg19
  • bg20
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində möhtəşəm konsert proqramları təqdim edilib.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Özbəkistan Mədəniyyət Nazirliyi, Respublika Muğam Mərkəzinin dəstəyi ilə Daşkənddə Mukimi adına Dövlət Musiqili Teatrda təşkil edilən tədbirdə ölkənin mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, Daşkənddəki ali məktəblərin müəllim və tələbələri, çoxsaylı media qurumlarının nümayəndələri iştirak etmişlər.

İlk öncə tədbirdə “Azərbaycan – Şərqin konservatoriyası” adlı sərgi, ölkəmizin zəngin musiqi ənənələri, muğam sənəti haqqında iştirakçılara məlumat verilib.

Daha sonra rəsmi açılış mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov Şərqin zəngin musiqi ənənələrinə malik, təkrarsız Azərbaycan incəsənəti haqqında danışmış, muğam sənəti, onun dünyaya tanıdılması ilə əlaqədar həyata keçirilən layihələr barədə məlumat verib. O, bu istiqamətdə Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində reallaşdırdığı təqdimat mərasimləri barədə danışıb. Şərqdə ilk operanın əsasını qoyan, böyük mədəniyyət, ədəbiyyat yaradan xalqımızın istedadı, onun bəşər mədəniyyətinə verdiyi töhvələrdən danışan diplomat “Azərbaycan musiqisi və muğamı günləri” tədbirləri çərçivəsində Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan musiqiçiləri, muğam ustalarının konsert proqramının təşkil edildiyini söyləyib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Erkin Nuriddinov, Özbəkistanın Respublika Muğam Mərkəzinin direktoru, professor Saibcon Bekmatov 1997-ci ildən Özbəkistanda hər iki ildən bir keçirilən Beynəlxalq “Şərq təranələri” musiqi Festivalıda dünyanın 80 ölkəsinin musiqiçiləri arasında daim Azərbaycan musiqiçilərinin fərqləndiklərini, yüksək mükafatlara layiq görüldüklərini qeyd edərək, bu hadisənin təsadüfi olmadığını, bir daha Azərbaycanın zəngin mədəniyyətə, musiqi sənətinə malik olduğunu sübut etdiyini söyləyiblər.

Daha sonra tamaşaçıların qarşısına müxtəlif vaxtlarda “Şərq təranələri” beynəlxalq musiqi Festivalının Azərbaycanlı qaliblərinin möhtəşəm konsert proqramı təqdim edilib. Azərbaycan Respublikasının xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, əməkdar artist, tarzən Sahib Paşazadə, gənc muğamçı Pərviz Qasımov Azərbaycan xalq mahnıları, muğamlarımızı ifa ediblər. Onları əməkdar artistlər Malik Mansurov – tarda, nağarada Kamran Kərimov, kamançada isə Elnur Mikayılov müşaiyət ediblər.

Konsert proqramı iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və onların alqışları ilə qarşılanıb.

Sonda Beynəlxalq “Şərq təranələri” musiqi Festivalı Azərbaycandan olan qaliblərinin birgə “Qarabağ şikəstəsi”ni ifa ediblər. Tədbirə maraq böyük olub və yerli KİV-lər vasitəsi ilə geniş işıqlandırılıb.

17.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası