Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg9
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
  • bg16
  • bg17
  • bg18
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda keçirilən Beynəlxalq “Şərq təranələri” musiqi Festivalının azərbaycanlı qaliblərinin tarixi Səmərqənd şəhərində möhtəşəm
Qala-konserti keçirilib.


Özbəkistanın təşəbbüsü ilə 1997-ci ildən hər iki ildən bir qədim və zəngin tarixə malik Səmərqənd şəhərində keçirilən Beynəlxalq “Şərq təranələri” musiqi Festivalı tədricən məşhurlaşaraq regionda və dünyada böyük bir musiqi bayramına çevrilib. Əvvəllər Festivalda 20 ölkə qatılırdısa, indi artıq bu mötəbər musiqi yarışmasına dünyanın 4 qitəsindən 80-dən ölkənin çoxsaylı musiqiçiləri iştirak edirlər.

Səmərqənd şəhərinin Mərkəzi Gənclər Sarayında çoxsaylı şəhər ictimaiyyətinin, hakimiyyət nümayəndələrinin, fəxri qonaqların, yerli azərbaycanlıların iştirakı ilə keçirilən tədbirdə bu mötəbər musiqi yarışmasının azərbaycanlı qaliblərinin Qala konserti təqdim edilib.

Tədbir Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə keçirilən “Azərbaycan musiqisi və muğamı günləri” çərçivəsində reallaşdırılıb.

Səmərqənd Vilayət hakiminin müavini Rüstəm Kobilov Özbəkistan dövlətinin ölkənin qədim tarixi və təkrarsız sənət ənənələrini dünyaya tanıtmaq məqsədi ilə “Şərq təranələri” Beynəlxalq musiqi Festivalını keçirdiyini və bu tədbirin əhəmiyyəti haqında danışaraq, onun incəsənət sahəsində bir tanıtım və əməkdaşlıq layihəsinə çevrildiyini bildirib.

Rüstəm Kobilov Özbəkistanın Azərbaycanla dostluq əlaqələri, xalqlarımız arasında dil, din, mədəniyyət yaxınlığı haqqında danışaraq, Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin Azərbaycana səfərinin əlaqələrimizdə yeni imkanlar açdığını söyləyib. O, Azərbaycanın zəngin mədəniyyəti, musiqi ənənələrindən danışaraq, Beynəlxalq “Şərq təranələri” musiqi Festivalında Azərbaycan musiqiçilərinin Münsiflər Heyəti tərəfindən daim Festivalın yüksək mükafatına layiq görüldüklərini bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasov Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində öz intibah dövrünü yaşayan milli mədəniyyətimizin, musiqimizin qitələri dolaşaraq, dünyanın ən məşhur salonlarını heyran qoyan muğamlarımızın xalqımızın bəşəriyyətə qürurla təqdim edə biləcəyi vizit kartı olduğunu bildirib. Azərbaycan muğamlarının dünyaya tanıdılması bu sahədə çoxsaylı istedadların müəyyənləşdirilməsi və dəstəklənməsi sahəsində Heydər Əliyev Fondunun Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi layihələr haqqında məlumat verib.

Diplomat Özbəkistanda Beynəlxalq “Şərq təranələri” musiqi Festivalının azərbaycanlı qaliblərinin konsert proqramına böyük maraq olduğunu, xalqlarımız arasında dostluq əlaqələri, ölkə başçılarımızın Bakıda Türkdilli dövlət başçılarının zirvə toplantısı çərçivəsində görüşü, Özbəkistanla bütün sahələrdə inkişaf edən əlaqələrdən danışıb.

Sonra səhnəyə tamaşaçıların alqışları ilə 1997-ci il “Şərq təranələri” musiqi Festivalının qran-pri mükafatçısı, Azərbaycan Respublikasının xalq artisti Simarə İmanova, Festivalın 2003-cü il qalibi, xalq artistimiz Zabit Nəbizadə, 2017-ci il qran-pri mükafatçısı, əməkdar artist, tarzən Sahib Paşazadə, 2019-cu il üzrə qalib, gənc muğamçı Pərviz Qasımov çıxmışlar.

Azərbaycan xalq mahnıları milli muğamlarımızı ifa edən musiqiçilərimiz görkəmli Azərbaycan şairləri İmadəddin Nəsimi, Məhəmməd Füzulinin qəzəllərindən muğam parçaları, habelə onlara “Şərq təranələri” musiqi Festivalında qalibiyyət gətirmiş əsərləri ifa ediblər. Azərbaycan musiqiləri ifa edildiyi zaman səhnədəki böyük ekranda ölkəmizin tarixi, mədəniyyəti, turizmi, son illər əldə olunan nailiyyətlərə dair videoçarx nümayiş etdirilib.

Festivalın 2019-cu il üzrə qalibi, gənc muğamçı Pərviz Qasımov Özbəkistanın əməkdar artisti, Bakıdakı Muğam müsabiqəsinin qalibi Yulduz Turdiyeva ilə birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər.

Qeyd edək ki, layihəyə maraq böyük olub, azərbaycanlı sənət adamları Səmərqənd Dövlət Televiziyasında qonaq olub, yerli mətbuat isə bu tarixi hadisə geniş işıqlandırılıb.

18.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası