Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
1 2 3 4 5 6 7
html5 slider by WOWSlider.com v8.8

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan Dövlət “Məhəllə” telekanalının “Bir səma altında” verilişində öz ölkəsini təqdim etdi.


Cari il 15 dekabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistan Dövlət “Məhəllə” telekanalının “Bir səma altında” verilişində öz ölkəsini təqdim etdi. Bu tədbir xalqların Yeni il ənənələrinə həsr edilmişdir.

Bayram tədbirində Qırğızıstan, Qazaxstan, Koreya, Rusiya, Başqırdıstan, Hindistan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Tacikistan mədəniyyət mərkəzlərinin nümayəndələri iştirak edirdilər və hər bir Mərkəz öz xalqının milli mətbəxini nümayiş edirdi.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi qonaqlara milli təamlar – plov, yarpaq dolması, kükü, şirniyyatlardan – şekərbura, paxlava, badambura kimi şirni növləri təqdim etdi. Hər ölkənin diaspora üzvləri Yeni il ənənələri və milli mətbəxləri haqqında məlumat verdilər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı ilk öncə qardaş xalqı bayram münasibəti ilə təbrik edib, onlara sülh, əminamanlıq, ölkələrinə tərəqqi və firavan bir həyat arzulayıb, sonra isə Yeni il ənənləri haqqında söhbət açdı. O, qeyd etdi ki, Azərbaycan xalqı Yeni il bayramı ilə birgə 31 dekabr tarixində mühüm bir bayram “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”də qeyd edilir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ümummilli lideri Heydər Əliyev tərəfindən 1991-ci ilin dekabr ayında elan edildi. Bundan əlavə qeyd edildi ki, hər il Yeni il və Dünya Azərbaycanlıların Həmrəylik Günü ərəfəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu bayramları geniş şəkildə qeyd edir və bu tədbir çərçivəsində Özbəkistan mediyasında “Azərbaycan haqqında ən yaxşı məqalə” müsabiqəsinin qaliblərinin mükafatləndırma mərasimi keçirir. Bu müsabiqə ənənəyə çevrilərək Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hər il həyata keçirilir. Bundan əlavə, Mərkəzin fəaliyyəti, özbək dilinə tərcümə olunmuş azərbaycan yazıçıları və şairlərinin əsərlərinin Daşkəndə nəşr edilməsi və digər həyata keçirilmiş layihələr haqqında geniş məlumat verildi.

Daha sonra Mərkəızin əməkdaşı azərbaycan xalqının milli təamları haqqında söhbət açaraq, plovun növləri, onun hazırlama qaydası və digər təqdim edilmiş milli yeməklər və şirniyyatlar haqqında danışıb.

Tədbirin bədii hissəsində iştirak edən Mədəniyyət Mərkəzlərinin musiqi kollektivləri xalq mahnı və rəqslərini təqdim etdilər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblı milli şən rəqslərimizi ifa etdilər və bütün iştirakçılar, onları alqışlayaraq, məmnun qaldıqlarını sevinclə ifadə edib, razılıqlarını bildirdilər.

20.12.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası