Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg9
  • bg11
  • bg12
  • bg13
  • bg14
  • bg15
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycana dair “İlin ən fəalları, yaxşıları” müsabiqəsinin qalibləri mükafatlandırılıb.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2019-cu il üzrə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

“Azərbaycana dair ilin ən yaxşı məqaləsi, televiziya verilişi, dostluğumuzu təbliğ edən ilin ən fəal şəxsləri, elm, mədəniyyət, ədəbiyyat xadimləri” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Tədbir dünya azərbaycanlılarının həmrəylik günü, Yeni il bayramına həsr olunub və tədbirdə çoxsaylı mötəbər qonaqlar, ictimaiyyət nümayəndələri, Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

İlk öncə tədbiri giriş sözü ilə açan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev dünya azərbaycanlılarının həmrəylik günü, Yeni il bayramı münasibəti ilə qonaqları təbrik etmiş, prezident İlham Əliyevin dünya azərbaycanlılarına ünvanladığı təbrik haqqında danışmış, 2019-cu ilin ölkələrimiz üçün uğurlu nəticələrlə yadda qaldığını qeyd edib.

Səfir Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü və bu görüş çərçivəsində Özbəkistanın bu quruma üzv kimi daxil olması, dünyanın ən böyük təşkilatlarından olan “Qoşulmama Hərəkatına Azərbaycanın sədr seçilməsi və başqa uğurlarımızı sadalayaraq, ötən ilin qardaş Özbəkistanla əlaqələr istiqamətindən də yadda qalan il olduğunu vurğulayıb.

Daha sonra o, hər il Özbəkistanda mətbuatla bağlı ənənəvi olaraq keçirilən müsabiqə haqqında danışaraq, müsabiqənin nəticəsi olaraq Özbək mətbuatında Azərbaycan tarixi, mədəniyyəti, turizmi, xalqımızın ən böyük problemi olan Ermənistanın Azərbaycana əsassız ərazi iddiası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycan-Özbəkistan dostluğuna dair çoxsaylı materialların hazırlandığını və nümayiş etdirildiyini qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Özbəkistanın İslam Sivilizasiyalar Mərkəzinin Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, professor İsroil Şamsimuxammedov 2019-cu ildə Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı haqqında danışaraq, elan olunmuş müsabiqə nəticəsində Özbək mətbuatında Azərbaycana dair 500-ə yaxın materialların, məqalələrin, televiziya verilişlərinin yayımlanması, Azərbaycana dair Özbək dilində çoxsaylı tərcümə əsərlərinin çap edilməsinin təbliğatı işdə müham əhəmiyyətini qeyd ediblər.

Daha sonra İmadəddin Nəsimi ilinin sona çatması ilə əlaqədar dahi şairə dünya şöhrətli azərbaycanlı musiqiçi Sami Yusuf tərəfindən şairin "Sığmazam" qəzəli əsasında hazırlanmış musiqi kompozisiyası təqdim edilib.

Tədbir çərçivəsində elan olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri nominasiyası üzrə Özbəkistanın aparıcı telekanalı olan “Milli Tv”də nümayiş etdirilən populyar turizm verilişi sayılan “Qani ketdik Ozarbaijanga: Gəlin gedək Azərbaycana” və Özbəkistan Dövlət televiziyasında yayımlanan «Узбекистон умумий уйимиз» adlı verilişlər layiq görülüb. Azərbaycan, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluğumuzu fəal təbliğ edən Özbək saytları da xüsusi mükafata layiq görülüblər. Özbəkistanın «fikr.uz», “kitab dunyosi.uz”, Dövlət Xəbər Agentliyi olan «uza.uz», «xabar.uz”, «interpress.uz» saytları Azərbaycan Səfirliyinin və Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplomları, pul mükafatları ilə təltif olunublar.

İlin ən yaxşı tərcümə əsəri mükafatına Özbək şair, tərcüməçi Tahir Qahhar layiq görülüb. O, Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərini Özbək dilinə tərcümə etmiş və bu tərcümə əsasında “Cananı sevirəm” adlı kitab Özbəkcə Daşkənddə nəşr olunub. “Azərbaycan-Özbəkcə, Özbək – Azərbaycanca lüğəti” də ilin ən yaxşı tərcümə layihələri mükafatına layiq görülüb. Azərbaycan tərəfindən isə Özbək şairi Əlişir Nəvainin “Xəmsə” əsərini Azərbaycan dilinə çevirən professor, tanınmış alim Ramiz Əskər layiq görülüb.

İlin ən fəal alimləri mükafatı üzrə Özbəkistan Şərqşünaslıq Universitetinin dosenti Atxanbek Olimbekov,

Dostluq və əməkdaşlığımızı təbliğ edən ilin ən fəal ictimaiyyət nümayəndələri nominasiyası üzrə Özbəkistandan şairə, tərcüməçi Dilbar Xaydarova, Azərbaycandan isə “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru, şair, tərcüməçi Şaxməmməd Dağlaroğlu mükafata layiq görülüb.

Özbəkistanda Azərbaycan diaspora fəalları da mükafatlandırılıblar. Daşkənd şəhərindən Azərbaycalı fəal Nuranə Həsənova, Səmərqənd şəhərindən isə Məmməd Hüseynov təltif olunublar. Azərbaycanlı əməkdar xalq müəllimi, ədəbi tərcüməçi Şərqiyyə Şıxməmmədova isə 85 illik yubileyi münasibəti ilə Azərbaycan Səfirliyinin və Mədəniyyət Mərkəzinin xüsusi mükafatı ilə təltif edilib.

Müsabiqədə ilin ən faəl yaradıcı kollektivi nominasiyası üzrə qalib müəyyən edilib. Mükafata Özbəkistan Milli musiqi alətləri Kamera Orkestrı “Soqdiana” layiq görülüb.

Sonda müsabiqənin qalibi mükafatına layiq görülmüş Özbəkistanın “Milli” Tv” adlı telekanalda nümayiş etdirilən populyar turizm verilişi “Gəlin gedək Azərbaycana” adlı ekran əsəri nümayiş etdirilib.

Tədbirdə iştirakçılara xüsusi ziyafət verilib, milli rəqslərimiz təqdim olunub, onlar Azərbaycan milli təamlarına qonaq ediliblər.

27.12.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası