Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
1 2 3 4
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Tarixi və dövlətçiliyi muzeyi” üçün yeni eksponatlar əldə edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Tarixi və dövlətçiliyi muzeyi”nin fonduna Cümhuriyyət dövründə kəsilmiş və Xalq Cümhuriyyətinə aid pul əskinazları daxil edilmişdir.

Əskinazlar arasında 25, 50, 100, 250 və 500 manatlıq əskinazlar vardır. Pul əskinazları Azərbaycan Mədəniyyət Mərkəzinin qiymətli eksponatı kimi “Azərbaycan Tarixi və dövlətçiliyi muzeyi”nin “Azərbaycan Xalq Respublikası” bölməsində saxlanılır və nümayiş etdirilir.

Qeyd edək ki, “Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan – qədim insan yaşayış məskəni, Bakı şəhərində yerləşən İçərişəhər abidələr kompleksi, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri yer alıb.

Muzeydə “Ənənəvi Azərbaycan kəndlisinin evi” adlı guşədə hər gün istifadə edilmiş əşyalar, əmək və məişət alətləri, çoxsaylı eksponatlar və kompozisiyalar təqdim edilib.

Yeni açılmış “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”nə Daşkənddəki ali və orta məktəblərin tələbələri üçün mütəmadi olaraq ekskursiyalar təşkil edilir və burada milli mədəniyyətimizə, tariximizə dair tədbirlər keçirilir.

Muzey həftənin 6 günü (bazar günü istisna olmaqla), hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir.

07.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası