Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın Şuşa şəhəri haqqında xüsusi bölmə Özbək dilində istifadəyə verildi.

Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir.

Artıq ölkəmizə dair Özbək dilində yüzlərlə yeni bölmələr yaradılmış və istifadəçilərə təqdim olunmuşdur.

Növbəti layihə olaraq Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri haqqında Özbək dilində bölmə yaradılıb və istifadəyə verilib.

Bölmədə Şuşanın tarixi, onun məhəllələri, əhalisi, coğrafi mövqeyi, Şuşada doğulan məşhurlar, tarixi abidələr, habelə şəhərin görüntülərinin əks olunduğu fotoşəkillər yerləşdirilib. Qeyd olunur ki, Şuşa işğal olunana qədər bu şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili olub. Bu abidələrin əksəriyyəti ermənilər tərəfindən məhv edilib.

Bildirilir ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfdən işğal olunub. Bu gün öz torpaqlarından didərgin düşən şuşalılar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar.

Şuşa haqqında bölmədə mənbələr, ədəbiyyat siyahısı təqdim olunur. Hazırda bölmə yeni məlumatlarla və ədəbiyyat siyahısı ilə zənginləşdirilir.

Yaradılmış “Shusha tumani” bölməsi ilə Beynəlxalq Elektron Ensiklopediyada tanış olmaq mümkündür.

09.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası