Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılacaq.

Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılacaq. 2017-ci il 8 dekabr tarixində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış Memoranduma əsasən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılır.

Qeyd edək ki, Mərkəzin statusu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıması, habelə gələcək fəaliyyətinə dair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov sözügedən Universitetinin rektoru, professor Şuxrat Siracəddinov arasında razılıq əldə olunub.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum sərəncamlarına əsasən Azərbaycan dilinə, ədəbiyyatına qayğı və diqqətin artırılması və bu istiqamətdə layihələrin həyata keçirilməsini zəruri edir.

Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətinin təbliği məqsədi ilə Özbəkistanın nüfuzlu elm, təhsil ocaqlarından sayılan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində M.Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzinin yaradılacaqdır. Azərbaycan Mədəniyyət Mərkəzi sözügedən Azərbaycan ocağının yaradılması üçün xüsusi tərtibat və dizayn işlərini həyata keçirəcək, Mərkəzi ölkəmizə dair nəşrlərlə təmin edəcəkdir.

Sözügedən Mərkəzə xüsusi avadanlıqlar, əyani vasitələr veriləcək və Mərkəzdə xalqlar arasında dostluq, mədəni-ədəbi əlaqələrə dair guşələr, habelə dövlət atributları və milli mədəniyyətimizə dair xüsusi stendlər yaradacaqdır.

Gələcəkdə yaradılacaq Mərkəzdə Azərbaycan dili və ədəbiyyatının tədrisi həyata keçiriləcək, ədəbiyyatımıza dair azərbaycanlı alimlərin, mütəxəssislərin iştirakı ilə mühazirələr, açıq dərslər, sərgi və seminarlar təşkil olunacq, yaradılacaq kitabxanadan isə özbək gəncləri geniş faydalanacaqlar.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dilçi pedaqoqu tərəfindən Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində azərbaycan dili kursları təşkil olunacaq həyata keçiriləcəkdir.

Qeyd edək ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti türk dilinin bir qolu olan Özbək dilinin geniş tədrisi ilə məşğul olmaqla yanaşı, digər türk dillərinin araşdırılmasına böyük önəm verir. Universitetdə ilk dəfə olaraq Türkologiya kafedrası yaradılmış və 2018-ci ildə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Türk Akademiyasının dəstəyi ilə “Özbək dilinin türkologiyada rolu” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

09.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası