Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında “Kəlağayı - Azərbaycan ipəyinin dürdanəsi“ adlı özbək dilində bölmə istifadəyə verilib.

Azərbaycanın təbliği və ölkəmiz haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədi ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Wikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyası üzrə Azərbaycana dair Özbək dilində bölmələrin yaradılması işi davam etdirilir. Artıq ölkəmizə dair Özbək dilində yüzlərlə yeni bölmələr yaradılmış və istifadəçilərə təqdim olunmuşdur.

Növbəti layihə olaraq Azərbaycan mədəniyətinin rəmzlərindan biri olan və ən qədim sənət növlərindən sayılan kəlağayı haqqında Özbək dilində bölmə istifadəyə verilib.

Bölmədə Azərbaycanda unikal, ənənəvi qadın baş geyimi olan kəlağayının tarixi, onun hazırlanması, nəfis Azərbaycan ipəyinin üzərində vurulan füsunkar naxışlar, bu naxışların mənası, elmi açıqlaması, kəlağayının dünyaya tanıdılması, Azərbaycanın kəlağayı sənətinin 2014-ci ilin noyabrında YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi və s. barədə məlumatlar verilir.

Azərbaycanda ipəkçiliyin tarixi, onun inkişaf mərhələləri, dünyanın tanınmış alimlərinin, səyyahlarının bu barədə fikirlərinin də yer aldığı məlumat bazasında ipəkçiliyin Azərbaycanda xalq təsərrüfatının qədim bir sahəsi olduğu qeyd edilir, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın Şamaxı, Qarabağ, Şəki, Gəncə, Naxçıvan kimi bölgələrindən xam ipəyin geniş ixrac edildiyi, XIX əsrin 30-50-ci illərində Rusiya imperiyasında Qafqaz üzrə hazır ipək məhsullarının 85 faizinin məhz, Azərbaycan tərəfindən istehsal olunduğu xüsusi vurğulanır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Özbək dilində “Kəlağayı sənəti və Azərbaycanda ipəkçiliki” haqqında bölmənin istifadəyə verilməsi bu istiqamətdə tədqiqat aparan mütəxəssislər üçün əvəzsiz informasiya mənbəyidir.

Qeyd edək ki, "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında yaradılmış “Kelag‘ayi” adlı Özbək dili bölməsində tanış olmaq mümkündür.

14.01.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası