Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2019

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verildi.

Özbəkistandakı Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsinə start verilib. Qeyd edək ki, müsabiqə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin 2019-cu il üçün imzalanmış iş planına uyğun həyata keçirilir.

Qeyd edək ki, “Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi üzrə bir neçə nominasiya elan edilib: nominasiyalara “Nizami əsərlərinin bilicisi”, “Bədahətən Nizami qəzəlləri”, “Nizami irsinin davamçılarının yaradıcılığı” və s. daxil edilib.

Müsabiqədə tələbələrlə yanaşı Özbəkistan ali məktəblərinin müəllimləri, elmi işçiləri də iştirak etmək imkanı verilib.

Münsiflər heyətində Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin alimləri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti rəhbərliyi təmsil olunur.

Müsabiqənin əsas şərtləri var: Nizami Gəncəvi irsinə dair dərin məzmunlu və geniş ədəbi təhlil aparmaqla yaradıcı inşanın hazırlanması, Nizami yaradıcılığı və dahi söz ustadının əsərləri əsasında qısa sual-cavab. Qeyd edək ki, Nizami Gəncəvi irsinin araşdırmaçıları bölməsi üzrə hazırda Özbəkistanda Nizami irsini araşdıran elm xadimləri, filosoflar və onların yazdıqları tədqiqat əsərləri üzrə suallar cavablandırılmalıdır.

Müsabiqənin sonuncu yekun şərti isə Nizami Gəncəvi qəzəlləri üzrə olacaq. Qəzəlləri bədahətən söyləmək, onu təhlil etmək və bu barədə öz düşüncələrini bölüşmək.

“Nizami Gəncəvi haqqında hər şey” adlı Respublika müsabiqəsi iki mərhələdə keçirilir. Birinci mərhələ cari ilin fevral ayının sonuna qədər icra olunacaq və birinci yeri əldə edən müəllim və tələbələr ikinci mərhələdə iştiraklarını təmin edəcəklər. İkinci mərhələ cari ilin mart ayının 21-də Novruz bayramı tədbirində başa çatacaqdır.

İlk üçlüyü qazanmış qaliblər Azərbaycan Mədəniyyət Mərkəzinin xüsusi mükafatı, Nizami Gəncəvinin Özbək dilinə tərcümə edilmiş kitab kolleksiyası və hər üç təşkilatın Fəxri diplomları ilə təltif olunacaqlar.

23.01.2019

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası