XƏBƏRLƏR 2019
Daşkənddə Ramiz Əskərin Özbəkistanla bağlı çap etdirdiyi kitabların təqdimatı olacaq.
Fevralın 8-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş və alimin Özbəkistanla bağlı çap etdirdiyi kitabların təqdimatı olacaq.
Görüşdə Əlişir Nəvaia dına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin türkoloq alimləri, ədəbiyyatşünaslar, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri iştirak edəcək.
Ramiz Əskər indiyədək özbək ədəbiyyatı ilə bağlı 13 kitab hazırlayıb, 98 məqalə yazıb.
Görüşdə alimin bu kitablarının təqdimamtı olacaq: “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərlər”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu- bilik” və “Türk xalqları ədəbiyyatı oçerkləri”.
04.02.2019