Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10
html5 slider by WOWSlider.com v8.8

Daşkənddə Ramiz Əskərlə görüş keçirilmiş və alimin Özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı tanınmış türkoloq alim, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi Ramiz Əskərlə görüş keçirilmiş və alimin Özbək ədəbiyyatı ilə bağlı əsərlərinin təqdimatı keçirilib.

Tədbirdə Özbəkistan ədəbiyyatının nümayəndələri, alimlər, tərcüməçilər, yerli azərbaycanlılar və mətbuat nümayəndələri iştirak etmişlər.

İlk öncə iştirakçılar Ramiz Əskər yaradıcılığı, onun Özbəkistan və digər türkdilli ölkələrlə bağlı tədqiqat əsərləri, kitablarının sərgisi ilə tanış oldular.

Tədbirdə məruzə ilə çıxış edən Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ramiz Əskər yaradıcılığı haqqında danışaraq, alimin hazırladığı tədqiqat əsərlərinin, Özbək və digər türk xalqlarının ədəbiyyatından etdiyi tərcümələri yüksək qiymətləndirmiş, yaratdığı əsərlərlə iki xalq arasında möhkəm dostluq körpüsü yaratdığını qeyd edib.

Daha sonra diplomat Ramiz Əskərin tərcümə fəaliyyəti, onun “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri: “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitabları haqqında məlumat verib, özbək ədəbiyyatı ilə əlaqədar Ramiz Əskərin 100-dək məqaləsinin dərc olunduğunu söyləyib.

Samir Abbasov ölkə rəhbərliyinin Ramiz Əskərin fəaliyyətinə yüksək qiymət verdiyini 2014-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə alim “Şöhrət” ordeni ilə təltif edildiyini vurğuladı.

Daha sonra tədbirin moderatoru, şair-tərcüməçi Babaxan Şərif çıxış edərək 40 ildən artıq bir zamanda mətbuat sahəsində fəaliyyət göstərən Ramiz Əskərin jurnalistika fəaliyyəti, onun ədəbiyyatımızda mövqeyi, yaratdığı zəngin irs haqqında danışmış, türk ədəbiyyatına dair ümumilikdə 65 kitabın hazırlanmasında xidmətlərini xüsusi qeyd etmişdir. Babaxan Şərif Ramiz Əskərin türk xalqlarının ədəbiyyatını Azərbaycan dilinə çevirərək oxuculara çatdırılmasını Özbək ədəbiyyatı üçün də böyük töhvə adlandırdı.

Özbək alim, tərcüməçi Karim Baxriyev, Mahmud Yuldaşov öz çıxışlarında Özbəkistan rəhbərliyinin Özbək ədəbiyyatına qayğısını yüksək qiymətləndirdiyini qeyd etmiş və alimə Beynəlxalq Babur fondunun qərarı ilə laureat adı verildiyini söyləyiblər.

Tarixçi alim Şuxrat Salamov türkdilli xalqlar arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışmış, bu işdə alimlərin, ziyalıların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, Özbək ədəbiyyatının tanınmış şairi Əlişir Nəvainin irsinin tədqiqi, şairin Xəmsəsinin Azərbaycan dilinə çevirməsi ilə əlaqədar Ramiz Əskərə Özbəkistanın Nəvai şəhərinin fəxri vətəndaşı adı verildiyini qeyd edib.

Ədəbiyyatşünas alim – Gülbahar Aşurova Ramiz Əskərin əsərləri, onun türk xalqlarının ədəbiyyatlarının yaxınlaşmasında xidmətlərindən danışıblar. Onun Özbək ədəbiyyatı ilə yanaşı Türkmənistan, Türkiyə, Qırğızıstan və Qazaxıstanla da bağlı maraqlı tədqiqatlar apardığını söyləyib.

12.02.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası