Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
1 2 3
html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Milli Kitabxanasının ölkəmizə dair Özbəkistana göndərdiyi zəngin kitab kolleksiyasının Daşkənddə sərgisi açılıb.

Xəbər verildiyi kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə bu ölkənin nüfuzlu ali təhsil ocağı olan Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi yaradılmaqdadır.

Sözügedən Mərkəzdə ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatını özündə əks etdirən zəngin kitabxana yaradılacaqdır.

Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə yaradılacaq Mərkəzin kitabxanasının ölkəmizə dair Azərbaycan və başqa dillərdə olan nəşrlərlə zənginləşdirilməsi məqsədi ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müraciət edilmiş və hər iki müəssisə layihəyə dəstək nümayiş etdirmişlər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən nəşrlərin, zəngin kitab kolleksiyasının sərgisi açılıb. Kitab kolleksiyasında dövlətçiliyimiz, Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, ədəbiyyatı, kulinariyası və s. mövzuda maraqlı kitablar yer alıb.

Sərgi bir həftə müddətində mövcud olacaq, Azərbaycan Mədəniyyət Mərkəzinə ziyarət edən qonaqlar, Mərkəzin kurs və dərnəklərində təhsil alan, iştirak edən gənc və yeniyetmələr ölkəmizə dair nəşrlərlə tanış olmaq imkanı əldə edəcəklər. Maraqlananlar sözügedən kitabları Mərkəzin kitabxanasında oxumaq, habelə onların surətlərini əldə etmək mümkündür.

Sərgi başa çatdıqdan sonra ölkəmizə dair kitab kolleksiyası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə hədiyyə ediləcəkdir.

Qeyd edək ki, Universitetdə yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi daimi internetlə Azərbaycan kitabxanalarının Elektron kitabxanalarından istifadə etmək imkanı əldə edəcək və Mərkəzdə Azərbaycan alimləri, ədəbiyyatşünasları ilə görüşlər, seminarlar, açıq dərslər, mühazirələr təşkil ediləcəkdir.

14.02.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası