Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
1 2 3 4 5 6 7 8 9 10 11
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Beynəlxalq Ana Dili Günü tədbirində Azərbaycan dili və mədəniyyətinin təqdimatı olub.

Daşkənddəki Toxuculuq və Yüngül Sənaye İnstitutunda Beynəlxalq Ana Dili Günü ilə bağlı keçirilən geniş tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Hindistan və digər ölkələrin səfirlikləri də iştirak edib.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Öncə İnstitutun foyesində müxtəlif səfirliklərin stendləri nümayiş etdirilib. Azərbaycan Mədəniyyət Mərkəzinin hazırladığı foto, nəşr və milli suvenirlərə dair sərgisi nümayiş etdirilib. Kitab sərgisində Azərbaycanın tarixi, iqtisadiyyatı, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər nümayiş etdirilib. Azərbaycan milli geyimləri, Qarabağ regionuna aid qadın və bəy geyimləri, musiqi alətlərimizin yer aldığı “Azərbaycan stendi” tələbə və müəllimləri diqqətini cəlb edib. Salonda Azərbaycanın mənzərəli, ölkəmizin turizm imkanlarını özündə əks etdirən fotosərgi iştirakçılara təqdim edilib.

İlk öncə Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutun tələbə qızları və oğlanları Azərbaycan mədəniyyətinin beşiyi olan Qarabağın qadın və bəy geyimlərini nümayiş etdiriblər. Geyimlər Azərbaycan Mədəniyət Mərkəzinin “Milli libaslar” kolleksiyasına aiddir. Geyimlər nümayiş etdirildikcə onlar haqqında geniş məlumat verilmiş, tamaşaçılar hər libası alqışlarla qarşılayıblar.

Sonra İnstitutun konfrans zalında tədbirin rəsmi hissəsi davam etdirilib.

İnstitutun rektoru BaxodirjonOnorboev iştirakçıları salamlayaraq Beynəlxalq Ana Dili Günü haqqında məruzə ilə çıxış etmiş, Özbək dili və onun təşəkkülü, inkişafı məsələləri barədə fikirlərini bölüşüb. O, Əlişir Nəvai, Babur, Çolpan, Fitrət və b. tanınmış əcdadlarının bu dildə danışdığını və böyük bir irs yaratdıqlarını söyləyib.

Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzzinin direktoru Samir Abbasov Ana dilinin müqəddəs olduğunu, müstəqil dövlətlərimizin rəmzi olduğunu qeyd edib. Hər bir xalqın dili onun milli kimliyinin, milli mənsubiyyətinin göstəricisidir deyən diplomat ana dilimizin çətinliklərdən, çoxsaylı sınaqlardan uğurla çıxdığını vurğulayıb. Müstəqillikdən sonra hər iki dövlətdə ana dilində ali məktəblərin, mətbuat vasitələrinin artdığını, dilimizin inkişafı istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini söyləyib. O, Ulu öndər Heydər Əliyevdən sitat gətirib: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.”

Sonra S.Abbasov Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana dili” şerini söyləyib.

Tədbirdə çıxış edən müxtəlif səfirliklərin təmsilçiləri öz ana dillərində çıxış edərək iştirakçıların bayramını təbrik edib, ana dili haqqında öz fikirlərini bölüşüblər. Onlar ana dilinə hörmət, onun xalqların tarixini, mədəniyyətini gələcək nəsillərə çatdırılması və s. imkanlarından danışıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, azərbaycanlı sənətkar İlham Abdulalyev milli saz havalarını ifa edib. Digər xalqların nümayəndələri də öz musiqilərini təqdim ediiblər.

22.02.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası