Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2019

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg10
  • bg11
  • bg12
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15
html5 slider by WOWSlider.com v8.8

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində böyük Novruz şənliyi keçirilib.

Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Novruz bayramı münasibətilə bayram şənliyi keçirib.

Bayram tədbirində Özbəkistanın elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, soydaaşlarımız, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Novruz bayramının tarixi haqqında məlumat verib. Diplomat deyib ki, 2010-cu ildə Azərbaycan, Albaniya, Türkiyə, Əfqanıstan, Hindistan, İran, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın təşəbbüsü ilə BMT Baş Məclisi yekdilliklə martın 21-nin Beynəlxalq Novruz Günü kimi tanınması ilə əlaqədar qətnamə qəbul edib. Səfir deyib ki, Novruz bayramı ta qədimdən bolluq, bərəkət, xoşbəxtlik və paklıq rəmzi olub. Novruz həm də sülhə, əmin-amanlığa, etibar və sədaqətə çağırış bayramıdır.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov deyib ki, Novruz Özbəkistanda da əziz baayramdır və ölkəmizdə də bu bayram yüksək səviyyədə qeyd olunur. Bildirilib ki, Novruz bayramının beş min il yaşı var. Böyük şair və mütəfəkkirlər Nizami Gəncəvi, İbn Sina, Rudəki, Sədi, Hafiz və başqaları Novruzun İslamdan xeyli əvvəl yarandığını əsər lərində qeyd ediblər.

Sonra Azərbaycandan xüsusi olaraq dəvət olunmu Əməkdar artisti, ötən il Səmərqənddə keçirilən “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının qalibi, “Muğam” instrumental qrupunun rəhbəri Sahib Paşazadə tarda solo, Əməkdar artist Mətanət İskəndərli isə xalq mahnılarını və təsniflərimizi, “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Mərasimdə tonqal qalanıb. Bayram süfrəsi arxasında keçirilən şənlik bir neçə saat davam edib.

Bayram şənliyi ilə əlaqədar tədbir iştirakçılarına Novruz şirniyyatları paylanıb.

23.02.2019

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası