XƏBƏRLƏR 2019
Daşkənd Dövlət Universitetində Novruz şənliyi keçirilib, “Nizaminin əsərləri haqqında nə bilirik” müsabiqəsinə yekun vurulub.
Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində böyük Novruz şənliyi keçirilib.
Tədbirdə Daşkənd Dövlət Pedaqoji Universitetində professor-müəllim heyəti, tələbələr, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri iştirak edib.
Mədəniyyət Mərkəzi üçün ayrılan guşədə Azərbaycanın bayrağı, müxtəlif təamlarımız o cümlədən plov, dolma, Novruz şiirniyyatları-şəkərbura, paxlava nümayiş etdirilib və sonda iştirakçılara qonaq edilib.
Universitetin rektoru, professor, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin sədri Şavkat Şaripov Azərbaycan guşəsinə yaxınlaşıb, Novruz münasibəti ilə təbriklərini çatdırıb, Azərbaycan kulinariyasına dair stendlə tanış olub.
Bütün gün davam edən novruz şənliyinin sonunda bu ali təhsil ocağının, Özbəkistan – Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bir neçə gün əvvəl müəlliimlər və tələbələr arasında keçirilən “Nizaminin həyatı və əsərləri haqqında nə bilirik” adlı müsabiqəyə yekun vurulub.
Universitetin rektoru, professor Şavkat Şaripov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynallov çıxış edərək qalibləri təbrik edərək, müsabiqənin əhəmiyyəti, Nizami yaradıcılığı haqqında danışaraq, müsabiqənin ənənə əsasında hər il keçiriləcəyini bildiriblər.
Sonra onlar Azərbaycan Mədəniyyət Mərkəzi adından qaliblərə pul mükafatı və qiymətli hədiyyələr təqdim ediblər.
Mükafatlandırma mərasimində Universitetin müəllimi Xamida Nusratova və tələbə Gulnoza Jumaeva “Nizaminin həyatı və əsərləri haqqında nə bilirik” adlı müsabiqənin birinci mükafatına layiq görülüblər. Müvafiq olaraq müsabiqədə Qulom Mirzoev və Sitora Əsədova ikinci, Məhəmməd Əhmədov və Şaxsanam Xolboeva üçüncü yerləri tutublar.
30.03.2019