Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2020

Özbəkistanın “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” adlı verilişi Azərbaycan mədəniyyətinə həsr olunub.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” adlı verilişi Azərbaycan mədəniyyətinə həsr olunub.


Cari ilin 30 yanvar tarixlində nümayiş etdirilən Özbəkistanın “Mənim yurdum 5” televiziya kanalının “Omon Omon” verilişi Azərbaycan mədəniyyəti və incəsənətinə həsr olunub, verilişin bu dəfəki qonağı bu ölkədə fəaliyyət göstərən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi olub.

Mədəniyyət Mərkəzinin əməkdaşları ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələri, habelə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında geniş məlumat veriblər.

Verilişdə Mədəniyyət Mərkəzinin inzibatçısı-ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Yusif Məmmədov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, Özbəkistanın müxtəlif vilayətlərində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri haqqında danışmış, mərkəzin təşəbbüsü ilə Daşkənddə Azərbaycan mədəniyyəti, ədəbiyyatı ilə bağlı özbək dilində çap olunan kitablar barədə məlumat verib.

Y. Məmmədov Mərkəzdə fəaliyyət göstərən muzeylər, kurs və dərnəklər, habelə ölkəmizin son illər əldə etdiyi uğurlar haqqında söhbət açıb.

Mərkəzin Azərbaycan dili müəllimi Salama Fətəliyeva ölkələrimiz və xalqlarımız arasında olan sıx dostluq əlaqələri, xalqlarımızın oxşar mədəniyyəti, Qarabağın milli qadın və kişi geyimləri, xalçaçılıq sənəti haqqında ətraflı məlumat verib, bu geyimlər verilişdə əyani olaraq nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyeva ölkəmizin rəqs mədəniyyəti, haqqında danışıb, “Tərəkəmə”, “Nəlbəki”,”Yallı” və digər milli rəqslərimiz haqqında fikirlərini bölüşüb.

Özbəkistanda tanınmış saz ifaçısı İlham Abdullayev milli musiqi alətimiz saz sənəti və saz aləti haqqında ətraflı məlumat verib, qədim saz havalarını ifa edib.

Tədbir zamanı aparıcılar Azərbaycan mədəniyyəti, musiqi sənəti haqqında maraqlı fikirlər bölüşüb və Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

04.02.2020

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası