Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Ölkəmiz “Infolib Uzbekistan – 2020” IX Milli informasiya-kitabxana həftəsində təmsil olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Əlişir Nəvai adına Milli Kitabxanada keçirilən “Infolib Uzbekistan – 2020” IX Milli informasiya-kitabxana həftəsində iştirak edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan-Odlar diyarı” adlı guşəsindəki kitablar arasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər təqdim edilib. Kolleksiyada Azərbaycan Mədəniyyət Mərkəzinin özbək dilində Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı Daşkənddə çap etdirdiyi kitablar, habelə Qarabağ münaqişəsinə dair nəşrlər də yer alıb.

Sərgidə Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər də olub.

Kitabxana direktorunun müavini Nəsibə Xoldorova informasiya-kitabxana həftəsinin əhəmiyyətindən danışıb, iştirakçı təşkilatlara və kitabxanalara, o cümlədən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürünü bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov Azərbaycan-Özbəkistan dostluğundan, Mədəniyyət Mərkəzinin Milli Kitabxana ilə əməkdaşlığından, birgə keçirilən tədbirlərdən danışıb, mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Mədəniyyət Mərkəzinin özbək dilində çap etdirdiyi kitablar haqqında məlumat verib.

Bildirilib ki, tədbirin sonunda sərgidə nümayiş etdirilən kitablar Milli Kitabxanaya hədiyyə olunacaq.

19.11.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası