Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanın “Zo'r TV” telekanalında nümayiş etdirilən "JOZİBA" verilişi, canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanın “Zo'r TV” telekanalında nümayiş etdirilən "JOZİBA" verilişi, canlı rəqs müsabiqəsində Azərbaycan milli rəqsləri təqdim olunub.


Cari il 3 fevral tarixində Özbəkistanın milli, musiqili-əyləncə “Zor TV” televiziya kanalında artıq üçüncü ildir ki, "JOZİBA" verilişi və verilişdə canlı nümayiş etdirilən rəqs müsabiqəsi nümayiş etdilir.

Layihənin əsas məqsədi uşaqlar arasında incəsənəti, rəqs sənətini təbliğ etmək və onların özünü inkişaf etdirmək hissi, milli rəqslərə olan marağını yaratmaqdır.

Müsabiqənin əsas şərti dəvət olunan xoreoqraflar müxtəlif rəqs janrına dair canlı efirdə dərslər keçir, xüsusi master-klasslar təqdim edir.

Layihənin bu dəfəki iştirakçısı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı olub.

Ansambl “Azərbaycan süitası” və “Köçəri” adlı iki gözəl milli rəqs nümayiş etdirib, onlara dair master-klas təqdim edilib.

Tədbirdə ansamblın bədii rəhbəri, Azərbaycan və Özbəkistanın əməkdar artisti, xoreoqraf Kokəb Əliyeva Azərbaycanda xalq rəqs sənətinin yaranması və formalaşması prosesi, eləcə də ansamblın ifa etdiyi rəqslər haqqında ətraflı məlumat verib.

Veriliş çərçivəsində milli rəqslərimiz haqqında aparıcı Matluba Safarova geniş məlumatlar verib, onların Azərbaycan xalqının zəngin mədəniyyəti, incəsənətini və istedadını nümayiş etdilildiyi qeyd olunub.

06.02.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası