Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində təqdim edir: Dairəvi Alban Məbədi.
Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” adlı layihəsi davam edir. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.
Nazirlikdən bildirilib ki, layihənin budəfəki materialı Dairəvi Alban Məbədinə həsr edilib. V-VI əsrlərə aid Dairəvi Alban məbədi - Şəki şəhərindəki Nuxa qalasında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir. Hazırda bu tikilinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi yerləşir.
Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə xristian dini mirasının və abidələrinin mənşəyindən asılı olmayaraq yüksək səviyyədə qorunaraq, bərpa ediləcəyini və istifadəyə veriləcəyini bildirir.