Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
1 2 3 4 5 6 7 8 9 10 111 12 13 14 15 16 17 18-->
html5 slider by WOWSlider.com v8.8

Ulu Öndər Heydər Əliyevin anım günü Daşkənddə də qeyd edilib.


Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim təşkil edib.

Mərasimdə səfirliyin əməkdaşları, Özbəkistanın elm, ədəbiyyat və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə gül dəstələri qoyublar.

Tədbir iştirakçıları mərkəzin foyesində Ulu Öndərin həyat və fəaliyyətinə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlara həsr edilmiş foto və kitab sərgisinə baxıblar.

Hüseyn Quliyev mərasimdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında söhbət açıb. O, Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdən başlamış Moskvadakı fəaliyyəti və ən nəhayət, xalqın təkidli tələbi ilə Bakıya qayıdaraq müstəqil Azərbaycanın Prezidenti seçilməsi, ölkəmizi, sözün əsl mənasında, xilas etməsi haqqında söhbət açıb. H. Quliyev deyib ki, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkəmizi dünyaya tanıtdı, qısa müddətdə siyasi və iqtisadi islahatlara başladı, nəticədə uğurlu nəticələr əldə edildi.

Səfir Ermənistanın son təxribatları, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi, elə ilk gündən cəbhədə üstünlük əldə olunması və bunun da nəticəsində Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı şəhərlərinin və kəndlərin, bir sıra yüksəkliklərin işğaldan azad olunması haqqında məlumat verib. Səfir vurğulayıb ki, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi isə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Hüseyn Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanat qəbul etmələri haqqında məlumat verib, vurğulayıb ki, məhz bu razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan və bir şəhid vermədən ölkəmizə qaytarılıb.

11.12.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası