Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
1 2 3 4 5 6
html5 slider by WOWSlider.com v8.8

Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi.


Dekabrın 11-də Azərbaycan Milli Kitabxanasında Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olub.

Milli Kitabxananın direktoru Kərim Tahirov iştirakçıları salamlayaraq tədbirin 12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsinə təsadüf etdiyini bildirib. Tədbir iştirakçıları Ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

K.Tahirov bildirib ki, Ulu öndər 1995-1997-ci illərdə Milli Kitabxananı 4 dəfə ziyarət edib. İlk ziyarət zamanı Ümummilli lider öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya hədiyyə edib. Diqqətə çatdırılıb ki, açılışı keçirilən guşədə Ulu öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən etdiyi çıxışların lent yazıları, çəkilən fotoşəkillər təqdim olunur. Ümummilli liderin Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi müqəddəs “Qurani Kərim” də bu guşədə nümayiş olunur.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov mərasimdə çıxış edib. Anar Kərimov bildirib ki, bu gün Ulu öndərin ruhu şaddır. Çünki onun canından çox sevdiyi doğma Azərbaycanı Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır. Bu bayram sevincini xalqımıza Ulu öndərin həyat və siyasət məktəbinin yetişdirməsi, onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev qazandırıb. Cənab Prezidentin noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində də vurğuladığı kimi, bu tarixi zəfərin qazanılması ilə o, həmçinin Ulu öndərin ən böyük vəsiyyətini yerinə yetirib.

“Bu gün biz Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasiminə toplaşmışıq. Buradakı kitablara nəzər yetirərkən Ulu öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik. Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu kitablarla və Ulu öndərin orada etdiyi qeydlərlə tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaqlar və bundan müsbət bir örnək götürəcəklər” – deyə Anar Kərimov bildirib.

YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev mərasimdə çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Ulu öndərin hakimiyyəti illərində təməli qoyulan Azərbaycan Silahlı Qüvvələri sonrakı illərdə Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqəti sayəsində daha da inkişaf edərək bugünkü qüdrətli Azərbaycan Ordusuna çevrildi. Ali Baş Komandanımızın rəhbərliyi altında Ordumuz 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımızı işğalından azad edərək tarixi zəfər yazdı.

Tədbirdə digər iştirakçılar da çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı ilə bağlı tarixi xidmətlərindən söz açıblar.

Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşə ilə tanış olublar.

14.12.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası