Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI.


27 sentyabr – 10 noyabr tarixlərində davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı zəfərin nəticəsi olaraq Kəlbəcər rayonu da noyabrın 25-də Ermənistan işğalçı qüvvələrindən azad edilmişdir.

İşğalçı qüvvələr Kəlbəcər rayonunu tərk edərkən Xudavəng monastır kompleksinin talan edilərək kompleksə məxsus olan xaçların, zənglərin və digər elementlərin Ermənistana daşındığı barədə məlumatlar yayılmışdı.

Bu günlərdə Ermənistan mediasında yer alan xəbərlər bunu təsdiq edir. Bildirilir ki, dekabrın 16-da Ermənistan paytaxtındakı Xalq Sənətləri Muzeyində “Dadivankdan Yerevana” adlı satış-sərgi keçiriləcək (https://bit.ly/3qXSesb) . Sərgidə Dadivank (Xudavəng) monastır kompleksindən gətirilmiş Bibliya, xaçlar, ikonalar, suvenirlər, həmçinin kitablar, fotoalbomlar nümayiş olunacaq. Həmçinin Dağlıq Qarabağ ermənilərinə yardım məqsədilə kulinariya və şirniyyat məhsullarının satışı keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yayılan bu məlumatlarla bağlı bir daha diqqətə çatdırır ki, UNESCO-nun 1970-ci il Konvensiyası mədəniyyət sərvətlərinin qanunsuz olaraq gətirilməsinin, çıxarılmasının və onların üzərində mülkiyyət hüququnun başqasına verilməsinin qadağan edilməsinə və qarşısının alınmasına yönəldilmiş tədbirləri, eləcədə 1954-cü il Haaqada qəbul edilən “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”sı işğalçının üzərinə işğal edilmiş ərazilərdə mülkiyyətin oğurlanmasının qarşısının alınması istiqamətində addımlar atma öhdəliyi qoyur. Xüsusilə Ermənistanın Azərbaycan torpaqlarını işğalı kontekstində Haaqa Konvensiyasının İkinci Protokolunun 9-cu bəndi işğalda iştirak edən tərəfin “işğal edilmiş ərazilərə münasibətdə” mədəni mülkiyyətin qanunsuz ticarəti, bu ərazilərdən çıxarılması, abidələrin mədəni, tarixi və ya elmi sübut xüsusiyyətinin dəyişdirilməsi və ya dağıdılmasının qadağan etməsi və qarşısının almasını təsbit edir.

Bildiririk ki, Mədəniyyət Nazirliyi tərəfindən bu məsələ ciddi nəzarətdə saxlanılır və Ermənistan tərəfinin qeyri-qanuni fəaliyyətləri barədə beynəlxalq təşkilatlar mütəmadi olaraq məlumatlandırılır və bu kimi mənimsəmə faktları ilə bağlı zəruri hüquqi prosedurların tətbiqi üçün tədbirlər görüləcək. Eyni zamanda beynəlxalq təşkilatları, xüsusilə UNESCO-nu bu faktlara hüquqi qiymət verməyə və Ermənistanın Azərbaycan ərazisindəki tarixi-mədəni irsə qarşı törətdiyi müharibə cinayətlərini araşdırmağa çağırırıq.

Məlumat üçün bildidirik ki, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Xudavəng monastır kompleksi qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının xristian memarlığının ən böyük və ən gözəl abidələrindən biridir.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan tərəfindən işğal olunduqdan sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilməyə başlanmışdır.

16.12.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası