Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Çağdaş Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, şairə Xasiyyət Rüstəmin “Leyli ağaclar” kitabı Azərbaycan dilində nəşr edildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə müasir Özbək ədəbiyyatının tanınmış nümayəndəsi, Özbəkistanın populyar “Kitab dünyası” qəzetinin baş redaktoru, şairə Xasiyyət Rüstəmin “Leyli ağaclar” adlı kitabı Azərbaycan dilində nəfis tərtibatla işıq üzü görüb.

Əsəri özbəkcədən uyğunlaşdıranlar Afaq Şıxlı, Eluca Atalı və Şermurad Sübhandır. Nəşrdə Xasiyyət Rüstəmin həm şeirləri, həm də müxtəlif illərdə yazdığı gündəliyi öz əksini tapıb.

Nəşrə Millət vəkili Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şairə Afaq Şıxlı ön söz yazmışlar. Əsərinin redaktou və proloq müəllifi Əkbər Qoşalıdır.

Qeyd edək ki, müasir Özbək poeziyasının nümayəndəsi Xasiyyət Rüstəmin əsərləri dünyanın çoxsaylı xalqlarının dillərinə tərcümə olunmuşdur. Şairin “Leyli ağaclar” adlı kitabına onun müxtəlif illərdə yazdığı şeirlərdən və “Gündəliy”indən seçmələr daxil edilib.

Ön sözdə qeyd olunur ki, öz şairliyi, ziyalılığı, nəcibliyi ilə tanınan şairə Xasiyyət Rüstəm ədəbi yaradıcılığı ilə yalnız Özbəkistanda deyil, bütün türk dünyasında tanınır və onun nəşr olunan “Leyli ağaclar” adlı kitabı Azərbaycan Mədəniyyət Mərkəzinin Özbək ədəbiyyatına dair həyata keçirdiyi ikinci layihədir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov nəşrin Azərbaycanda Özbək ədəbiyyatı ilə maraqlananlar, tədqiqatçılar üçün maraqlı, faydalı olmaqla yanaşı, ədəbi əlaqələrimizə bir töhfə olacağına əminliyini ifadə edib.

Nəşr olunan kitaba şairin “Həyat”, “Dünya”, “Anam”, “Sevincə”, “Bir fevral səhəri” və s. şeirləri daxil edilib. Kitabda şairin müxtəlif dövrlərdə qələmə aldğı “Gündəliy”indən də seçmələr verilmişdir.

Nəşrdə Xasiyyət Rüstəmin ədəbiyyat sevgisi, onun poeziyaya baxışına nəzər salınır və müəllifdən sitat verilir: Məni ədəbiyyatsızlıqla sınağa çəkmə deyən şairə ulu yaradana dua edir ki, “Mənim də dayandığım bir aləm, bir dünya var, bu ədəbiyyatdır! Əgər o olmazsa, mənin tarazlığım itər! Eyni gün, eyni anda torpağa gömülərəm! Tanrım, məni ədəbiyyatsız buraxma, ədəbiyyatsızlıqla imtahana çəkmə! Yalvarıram, yoxsa, həyat məni tərk edər, özümə də sahib ola bilmərəm...”

Qeyd edək ki, Xasiyət Rustəm Azərbaycan sevdalısı və ölkəmizin yaxın dostudur. O, daim Azərbaycanın haqq işinə dəstək göstərir, Ermənistanın Azərbaycana təcavüzü və işğalçılıq siyasətinə qarşı çıxır, bu mövzuda ilk əsərini də qələmə almışdır.

X.Rustamin rəhbərlik etdiyi “Kitab Dünyası” qəzeti yalnız Özbəkistanın deyil, türk dünyasının ədəbiyyatsənət ocağına çevirmiş, qəzetin hər sayında Azərbaycan ədəbiyyatına xüsusi yer ayrılır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Leyli ağaclar” adlı kitabın gələcəkdə Bakıda və Daşkənddə təqdimat mərasimləri keçiriləcəkdir.

26.10.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası