Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat
Az   |   Рус

XƏBƏRLƏR 2020

html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycana dair “İlin məqalələri, əsərləri, televiziya verilişləri, ən fəal xadimləri, jurnalistləri” müsabiqəsinin yekun qalibləri elan olunub.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, habelə Özbəkistan Milli Mətbuat Agentliyinin dəstəyi ilə 2020-cu il üzrə Özbəkistanda Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilib.

Özbəkistanda Azərbaycana dair “İlin məqalələri, əsərləri, televiziya verilişləri, ən fəal xadimləri, jurnalistləri” adlı müsabiqənin qalibləri xüsusi Təşkilat Komitəsi tərəfindən müəyyən edilib.

Azərbaycana dair ilin ən yaxşı televiziya verilişləri nominasiyası üzrə Özbəkistanın aparıcı Dövlət Televiziyasının “Özbəkistan tarixi” telekanalının “Manbalar sozlaganda” adlı verilişin aparıcısı Dildora Həsənova layiq görülüb.

Azərbaycan, onun tarixi, haqq işinin təbliği, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, turizmi, habelə iki ölkə arasında dostluq əlaqələrini fəal təbliğ edən Özbəkistan xəbər agentlikləri, saytları da xüsusi mükafata layiq görülüblər. Onların arasında Özbəkistanın «human.uz», «qalampir.uz», «interfax.uz», «fikr.uz», «islamonline.uz», «interpress.uz», «tnews.uz», «ishonch.uz» saytları vardır.

İlin ən yaxşı tərcümə əsəri nominasiyası üzrə Özbək tərcüməçi Şahlo Qasımovanın tanınmış Azərbaycan şairi Məhsəti Gəncəvinin Özbək dilinə tərcümə etmiş “Rübailər” kitabı seçilib.

Dostluq və əməkdaşlığımızı təbliğ edən ilin ən fəal ictimaiyyət nümayəndələri nominasiyası üzrə Özbəkistandan şairə, tərcüməçi Dilbar Xaydarova mükafata layiq görülüb. Azərbaycanlı fəal, Gənclər təşkilatının sədri Əli Sarı-Zadə də xüsusi mükafatla təltif edilib.

İlin ən fəal alimləri, tanınmış ədəbiyyatşünaslar, elm xadimləri mükafatı üzrə Özbəkistanın Turon Akademiyasının prezidenti, akademiki, tarix elmləri doktoru Haydarbek Bababekov, Özbəkistan Jurnalistlər Birliyinin İctimai Şurasının sədri, şair və tərcüməçi Karim Bexriyev və ekspert Şokir Dolimov qalib elan olunmuşlar.

Müsabiqədə Azərbaycanın yaxın dostu, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və bu istiqamətdə çoxsaylı xidmətləri olan Özbək alim, jurnalist Şuxrat Salamov ali mükafata layiq görülüb.

Özbəkistan və Azərbaycan dostluğuna dair ilin ən yaxşı əsər-layihə Azərbaycan publisisti, tarixçi, alim Teymur Atayevin “Əmir Teymur fenomeni” kitabı seçilib.

Bundan başqa Özbəkistanda İlin ən yaxşı mədəniyyət layihələri də müəyyənləşdirilib. Özbəkistan Dövlət Film Fondunun dəstəyi və First Art Media şirkətinin layihəsi ilə Azərbaycan-Özbəkistan dostluğuna dair çəkilmiş “Oltin ko'prik: Qızıl körpü” sənədli filmi müsabiqənin qalibi olmuşdur.

İlin ən yaxşı musiqi layihəsi mükafatına "Do'stlik madhi" klipi layiq görülüb. Qeyd edək ki, musiqinin sözləri Özbəkistanın tanınmış şairi Arif Toxtaş, ifaçısı isə Özbəkistanın xalq artisti, tanınmış opera müğənnisi Ramiz Usmanovdur.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müsabiqənin hər il keçirildiyini və sözügedən müsabiqə nəticəsində qardaş ölkədə Azərbaycan- Özbəkistan dostluğunun, milli mədəniyyətimizin geniş təbliğ edildiyini bildirib. O, pandemiya ilə əlaqədar builki müsabiqənin qaliblərinin mükafatlandırılması mərasiminin keçirilmədiyini söyləyib, mükafatların fərdi olaraq təqdim ediləcəyini bildirib.

S. Abbasov ölkəmizin təbliği istiqamətində ötən illər ərzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Özbəkistandakı Səfirliyimizlə birgə təbliğatı layihələrin həyata keçirildiyini vurğulayıb.

29.12.2020

SON XƏBƏRLƏR

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası