Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu.
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olunub.

Mərkəz müsabiqə çərçivəsində hər iki ölkənin şairlərinin və həvəskar şeirsevərlərin Qarabağa həsr etdikləri ən maraqlı və gözəl şeirlərinin, poemalarının seçilməsi, habelə onların toplu halında nəşrini planlaşdırır.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Vətənə və torpağa məhəbbət, tarixi dostluğumuz, həmrəyliyimiz, Azərbaycan mədəniyyətinin mərkəzi olan Qarabağ, onun tarixi, abidələri, Azərbaycan xalqının Qarabağda yaratdığı böyük mədəniyyət, adət-ənənələr, islam irsi, tanınmış qarabağlılar, ədəbiyyatımıza və muğam sənətinə bölgənin verdiyi töhvələr, bölgənin gözəl və füsunkar təbiəti, Vətən torpaqlarının azadlığı, zülmə və həsrətə son, aprel zəfəri, çiçəklənən Azərbaycan, həqiqətin zəfərinə və işıqlı gələcəyə inam mövzularını əhatə edən əsərlərə, şeirlərə, poemalara üstünlük veriləcəkdir.

Müsabiqə təqdim olunacaq əsərlərin cari ilin 1 mart tarixindən – 15 sentyabr tarixinədək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elektron poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur.

Müsabiqəyə təqdim olunan materiallar:

1. Şeir və poema (nəzm formasında).
2. Müəllifin pasportunun surəti (elektron formada).
3. Müəllif haqqında qısa məlumat.

Toplanan əsərlər sonda vahid bir nəşrdə cəm edilərək hər iki dilə tərcümə olunacaq, kitab halında yayımlanacaqdır.

Müsabiqənin yekununda iki ölkədən ən dəyərli 3 əsərə (ümumilikdə 6 nəfər) Azərbaycan Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim ediləcəkdir.

Qalib şeirlərin hər iki ölkənin mətbuatında yayılması təmin ediləcəkdir.

Yekunda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən “Hər anımız vətən desin” adlı təntənəli poeziya axşamının keçirilməsi də nəzərdə tutulub.

17.02.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası