Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “İlin adamı” elan edib.
  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
  • bg6
  • bg7
  • bg8
  • bg9
  • bg10
  • bg11
  • bg12
  • bg13
  • bg14
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14
html5 slider by WOWSlider.com v8.8

Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “İlin adamı” elan edib.


Bakıda çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “İlin adamı” elan edib.

Bu münasibətlə Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Hyatt Regency Tashkent” mehmanxanasında mərasim keçirib. Tədbir çərçivəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Özbəkistana həsr olunan “Tarixi şəxsiyyətlər” jurnalının təqdimat mərasimi də olub.

Tədbirdə Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilov, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, nazirlər, deputatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak edib.

Mərasimi Hüseyn Quliyev açaraq bildirib ki, Özbəkistan vətəndaşlarının həyatında baş verən köklü dəyişikliklər bilavasitə Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi islahatlarla bağlıdır. Ötən il Özbəkistanın həyatında daha bir köklü dəyişiklik baş verib. Belə ki, Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tam hüquqlu üzvü olub. Özbəkistanın bu təşkilata üzv olması gələcəkdə Türk dövlətlərinin möhkəmlənməsinə, dünyada baş verən siyasi, iqtisadi sarsıntılara birgə sinə gərməyə xidmət edəcək.

Səfir vurğulayıb ki, Özbəkistanın Naxçıvan sazişini paraflaması və Türk Şurasına üzv olması Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.

H. Quliyev bildirib ki, dövlətlərimizin xarici siyasətində Azərbaycanla Özbəkistan arasında dostluğun və qarşılıqlı inamın möhkəmlənməsi ön plandadır.

Hüseyn Quliyev vurğulayıb ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Şurası şərçivəsində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib: ”Ən başlıcası, bilin və əmin olun ki, Özbəkistan həmişə-əvvəl də, indi də Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu bizim səmimi istəyimizdir. Çünki Azərbaycanın ərazi bütövlüyü çox vacibdir. BMT-nin bütün qərarları yerinə yetirilməlidir. Biz Azərbaycanı həmişə dəstəkləmişik və həmişə də dəstəkləyəcəyik”.

Səfir deyib: ”Özbəkistanın dünya miqyasında siyasi və iqtisadi nüfuzunun yüksəldilməsi sahəsindəki böyük əməyinə, Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Bakıda çap edilən “Tarixi şəxsiyyətlər” jurnalının redaksiya heyəti Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi 2019-cu ildə “İlin adamı” elan edib.

Əbdüləziz Kamilov Şavkat Mirziyoyevin 2019-cu ildə “İlin adamı” elan olunması ilə bağlı Hüseyn Quliyevə və jurnalın Baş redaktoru Xəlil Qarəhmədova minnətdarlıq edib, deyib ki, bu, ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlara, açıq və səmərəli xarici siyasət kursuna verilən yüksək qiymətdir.

Ə. Kamilov deyib: ”Xüsusi qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində Azərbaycanın böyük oğlu Heydər Əliyevin əvəzolunmaz xidmətləri olub. Hazırda isə görkəmli dövlət xadimi, Özbəkistanın yaxın dostu, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir”.

Nazir vurğulayıb ki, dövlətlərimizin liderləri xalqlarımız arasında mənəvi dəyərlərin, milli adət-ənənələrin, dil və mədəniyyətlərimizin oxşarlığına əsaslanaraq açıq və etibarlı dialoq yaradıblar.

Sonra Hüseyn Quliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “İlin adamı” seçilməsi münasibəti ilə diplomu Əbdüləziz Kamilova təqdim edib.

Xəlil Qarəhmədov bildirib ki, 2006-cı ildən çap olunan “Tarixi şəxsiyyətlər” jurnalı ənənəyə görə dünya liderləri, o cümlədən ictimai-siyasi xadimlər arasında hər il “İlin adamı”nı müəyyənləşdirir. 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğan, 2018-ci ildə isə Rusiyanın dövlət başçısı Vladimir Putin “İlin adamı” seçiliblər.

Sonra Hüseyn Quliyev təqdimat mərasiminə gələnlərə səmimi təşəkkürünü bildirib.

13.03.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası