Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

Özbəkistanda Azərbaycan Səfirliyindən və Mədəniyyət Mərkəzindən nəcib aksiya: bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərildi.
html5 slider by WOWSlider.com v8.8

Özbəkistanda Azərbaycan Səfirliyindən və Mədəniyyət Mərkəzindən nəcib aksiya: bu ölkədə qalan vətəndaşlarımıza yardım göstərildi.


Hazırda dünyada və Azərbaycanda yaranmış koronavirus epidemiyası ilə əlaqədar xarici ölkələrdə qalan Azərbaycan vətəndaşlarının təxliyyəsi ilə bağlı Azərbaycan dövləti tərəfindən ciddi iş aparılır.

Epidemiyanın gücləndiyi və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması, giriş-çıxışın məhdudlaşdırılması nəticəsində Özbəkistanda da bir çox Azərbaycan vətəndaşlartıının ölkəmizə qayıtması qeyri-mümkün olmuşdur.

Yaranmış vəziyyətlə əlaqədar Özbəkistanda Səfir Hüseyn Quliyev tərəfindən Xüsusi Komissiya yaradılmış, Özbəkistanda qalmış Azərbaycan vətəndaşlarına dair ilkin araşdırma aparılmışdır.

Məlum olmuşdur ki, Özbəkistan Respublikasına müvəqqəti və iş məqsədi ilə gələn 100-dən çox Azərbaycan vətəndaşı Daşkənd, Səmərqənd, Anqren şəhərlərində yaşayırlar və onların siyahıyaalınması aparılmış, yerləşmə, əlaqə ünvanları və başqa məlumatlar dəqiqləşdirilmişdir.

Qeyd edək ki, bir sıra vətəndaşlarımız maddi vəziyyətlərində çətinliyin yaranması, vəsaitlərinin bitməsi səbəbindən müvəqqəti yaşadıqları otellərdən çıxmaq məcburiyyətinin olması barədə Səfirliyimizə telefon edərək bildirmiş və Azərbaycan dövlətindən kömək istəmişlər.

Azərbaycanın Özbəkistandakı Səfirliyi tərəfindən mövcud vəziyyəti, xarici ölkələrdə təxliyyə ediləsi çoxsaylı vətəndaşlarımızın olması, habelə ölkəmizə qayıdarkən onların xüsusi karantin rejimində saxlanılması məsələsini və Azərbaycan dövlətinin vətəndaşlarımızın müvəqqəti yaşadıqları xarici ölkələrdə qalaraq, onların qorunması, karantin qaydalarına əməl etməsi barədə tövsiyələri Özbəkistandakı qalan vətəndaşlarımıza çatdırılıb.

Qeyd olunan problemlərin aradan qaldırılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı Səfilriyi nəcib bir aksiyaya start verib. Səfirlik tərəfindən Özbəkistanda əlacsız qalan vətəndaşlarımıza yardım məqsədi ilə xüsusi Fond yaradılmış və bu fonda Səfirliyimizin diplomatları, onun nəzdindəki Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə vermişlər.

İlkin olaraq toplanan vəsait əsasında maddi vəziyyəti olduqca çətin, ailəli, uşaqlı şəxslərə pul vəsaiti lə yardım edilmiş, dövlətimizin onlarla birlikdə olduğu, vətəndaşlarımızın xarici ölkələrdən təxliyyəsi ilə bağlı görülən işlər, ölkəmizdə bu sahədə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə onlara məlumat verilib.

Səfirliyiyin tövsiyəsi ilə otellərdə yaşayan bir sıra vətəndaşlarımız gündəlik ucuz qiymətli evlərə çıxmış və onlar Səfirliyimizin Konsulluq xidmətində müvəqqəti qeydiyyata düşmüşlər.

Azərbaycan Səfirliyinin bu yardımını yüksək qiymətləndirən vətəndaşlarımız dövlətimizə öz təşəkkürlərini bildirmiş, təşəbbüs ictimaiyyət tərəfindən yüksək qarşılanıb. Vətəndaşlarımız daimi olaraq Səfirliyimizlə əlaqədədirlər və onlar diplomatik nümayəndəliyimizin diqqət və qayğısı ilə əhatə olunurlar.

03.04.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası