Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan və Özbəkistanın gerbləri
Ana səhifəBizə yazınSayt haqda məlumat

XƏBƏRLƏR 2020

  • bg1
  • bg2
  • bg3
  • bg4
  • bg5
1 2 3 4 5
html5 slider by WOWSlider.com v8.8

Seyid Əzim Şirvani haqqında Vikipediyada Özbək dilində bölmə yaradıldı, Azərbaycan və Rus dillərində bölmələr zənginləşdirildi.


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə tanınmış Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin 185 illik yubileyi münasibəti ilə Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Özbək dilində bölmə yaradılmış, Azərbaycan və Rus dillərində bölmələr yenidən işlənərək zənginləşdirilmişdir.

XIX əsr Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının yayılması kimi böyük bir hərəkatın öndərlərindən olan, məktəblərin açılması, xalqın maariflənməsi yolunda yorulmadan çalışan tanınmış ədib, söz ustadı, özündən sonra ədəbi bir məktəbin əsasını qoyan S. Ə. Şirvani yaradıcılığını xüsusi qeyd etmək lazımdır.

Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri olan Seyid Əzim Şirvani həm ədəbiyyat tariximizdə realist şair kimi şöhrət qazanmış, həm də maarif və mədəniyyət xadimi kimi əsərləri, yaradıcılığı Azərbaycanla yanaşı, Türk dünyasının zəngin ədəbiyyat, şeiriyyət məkanı olan Özbəkistanda da maraqla izlənilir.

Yaradılmış bölmələrdə dahi şairin həyatı, yaradıcılığı, pedaqoji fəaliyyəti, əsərləri, şeirləri, təmsilləri, qəzəlləri, müxəmməsləri, müsəddəsləri, rübailəri haqqında məlumatlar yer alır, onun haqqında maraqlı faktlar işıqlandırılır. Bölmədə şairin əsərləri, habelə onun haqqında yazılan nəşrlər öz əksini tapır.

Özbək dili ilə yanaşı Seyid Əzim Şirvani haqqında Azərbaycan və Rus dillərindəki bölmələrə yeni məlumatlar əlavə olunmuş, materiallarla zənginləşdirilmişdir.

Seyid Əzim Şirvani öz əsərlərində, yaradıcılığında maarifçilik ideyalarını yayaraq, elmin və təhsilin səmərəsini, məktəb və tərbiyə məsələlərini, pedaqoji fəaliyyəti ardıcıl təbliğ etmiş, Azərbaycan uşaq ədəbiyyatı üçün olduqca maraqlı əsərlər yaratmışdır.

Qeyd edək ki, XIX əsr Azərbaycan ədəbiyyatında qəzəl ustadı kimi məşhurlaşmış Seyid Əzim Şirvaninin yaradıcılığında əxlaqi-tərbiyəvi əsərlər mühüm yer tutmuş, onun elm, maarif, mədəniyyət, mətbuat, mütaliə, tərbiyə, mövzularında yazdığı şeirlər didaktik poeziyanın ən gözəl nümunələrindən sayılır.
Vikipediyada Özbək dilində yaradılmış Seyid Əzim Şirvani haqqında bölmə ilə bu linkdə tanış olmaq mümkündür.

04.05.2020

SON XƏBƏRLƏR



Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyi Azərbaycana aid portal
© Azərbaycan Respublikasinin Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi. Saytdakı məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Özbəkistan, Daşkənd şəhəri, Mirabad rayonu, Heydər Əliyev küç., 9
Tel.: (+99871) 293 53 56; (+99871) 293 52 89
E-mail: culcenter.az@gmail.com
Progint Studiyası